Vəzifə öhdəlikləri:
- Mexaniki layihələrini dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
- Layihəçi və sifarişçi ilə mexaniki layihələrini müzakirə etmək;
- Quraşdırma heyətinin işinin keyfiyyətinə nəzarət etmək;
- Layihə çizgilərinin digər mühəndislik sahələri və memarlıq ilə uyğunluğunu təhlil etmək;
- Standartlara uyğunluğu yoxlamaq və problemli sahələri bildirmək;
- Cihaz və avadanlıqların seçimini yoxlamaq, sistemlərin təhlilini aparmaq;
- Mexaniki işlərin təhlilini və koordinasiyasını təşkil etmək;
- Avadanlıqların spesifikasiyalarını təsdiq edilmiş sənədlərə əsasən müəyyənləşdirmək;
- Son texniki dəyərləndirməni və yoxlamanı həyata keçirmək;
- Avadanlıqların quraşdırılmasını və testini idarə etmək;
- AutoCAD proqramında mexaniki təsvirlərin hazırlanmasında dəstək vermək;
- Hesabat hazırlayıb işlərin qeydlərini aparmaq;
- Təhlükəsizlik qaydalarını tətbiq etmək;
- Tikinti işlərinin keyfiyyət göstəricilərinə uyğun tamamlanmasını monitorinq etmək və hesabat təqdim etmək;
- Fəaliyyət planlarını tərtib etmək və sənədlərin təqdim olunmasını həyata keçirmək.
Tələblər:
- Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlər aparmaq və məlumat bazasını sənədlər
- Mexanika mühəndisi ixtisası üzrə ali təhsil;
- MS office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
- Sahə üzrə minimum 2-3 il təcrübə;
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini səlist ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analiz və idarəetmə bacarığı.
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Mexaniki işlər üzrə mühəndis (Xızı)” qeyd edərək, öz CV-lərini electron poçt ünvanına göndərə bilərlər;