Vəzifə öhdəlikləri:
- Avadanlığın təyinatı üzrə düzgün istismar edilməsinə nəzarət edir və arası kəsilmədən işlək vəziyyətdə olmasına çalışır;
- İstehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir.
- Buraxılmış məhsulun və ya yerinə yetirilmiş işin keyfiyyətini yoxlayır, zay məhsulun qarşısını almaq və məhsulun, işin, xidmətin keyfiyyətini qaldırmaq üçün tədbirlər həyata keçirir.
- İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır.
- İstehsalın planlaşdırılması, normallaşdırılması, yaxşılaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsul və metodların yayılması işində iştirak edir.
- Sahənin (növbənin) istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanmasını və buraxılan məhsulun (iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak edir.
- Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və təşkil edir.
- İşçilər tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil edir.
- İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir.
- İş günü ərzində istehsalatla əlaqədar müvafiq hesabatların tərtib edilməsi,yoxlanması və düzgün formada göndərilməsi üçün məsuliyyət daşıyır.
- Ölçmə metodlarını və texniki hesablamaların qrafiki və hesablama işlərinin aparılmasına nəzarət edir;
- Növbələrin işini əlaqələndirir.
- İşdə fərqlənən işçilərin həvəsləndirilməsi haqqında təkliflər verir.
- Qabaqcıl yerli və xarici təcrübəni öyrənir, təhlil edir və onun yayılmasında iştirak edir.
- İşçilərin ixtisasının artırılmasında iştirak edir.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların, əmr və sərəncamların yerinə yetirilməsini təşkil edir.
Namizədə tələblər:
- İstehsalat sahəsində rəhbər olaraq ən azı 3 il iş təcrübəsi (qazma şlamı, OBM, WBM və s. emalı haqda praktiki biliklərin olması);
- Təhsil- ali (Mühəndislik və İdarəetmə üzrə ixtisasın olması arzu olunandır)
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Dil biliyi- Azərbaycan və İngilis dili yüksək, Rus dili isə orta səviyyədə;
- Şəxsi keyfiyyətlər-dəqiqlik, məsuliyyət və operativlik;
- Komandada işləmək bacarığı;
- Hərbi xidməti başa vurmuş namizədlərə üstünlük verilir.
Əmək haqqı və iş şərtləri:
- Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə;
- Ştat cədvəlinə uyğun rəsmi əmək müqaviləsi;
- İş qrafiki: 6 günlük iş həftəsi və qrafikə uyğun həftədə 1 gün istirahət;
- İş yeri: Qaradağ rayonu, Şonqar qəsəbəsinin şimal-şərqində, Sahil–Müşfiq avtomobil yolunun şərq hissəsində yerləşən zavod ərazisi;
- Nahar və Servis Şirkət tərəfindən təmin olunur.
İşə qəbul zamanı Qaradağ rayonu ərazisində yaşayan namizədlərə daha üstünlük verilir. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq mövzu yerinə “Sahə rəisi” yazaraq göndərə bilərlər.