C Company
  • 519

Company

Other

Satınalma departamentinin direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma departamentinin direktoru

  • Deadline 21 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Tələbatın planlaşdırılması və koordinasiya
  • Zavodun bütün şöbələrindən (istehsalat, texniki xidmət, anbar və s.) material və xidmət tələblərinin toplanması 
  • Tələblərin prioritetləşdirilməsi və illik/aylıq satınalma planının hazırlanması 
  • Artıq və ya təkrarlanan sifarişlərin qarşısının alınması 
  • Təchizatçıların seçimi və idarə olunması
  • Yeni təchizatçıların araşdırılması və bazar analizi 
  • Tenderlərin təşkili və qiymət təkliflərinin müqayisəsi 
  • Təchizatçıların qiymət, keyfiyyət və çatdırılma üzrə qiymətləndirilməsi (vendor evaluation) 
  • Alternativ təchizatçı bazasının yaradılması (risklərin azaldılması üçün) 
  • Satınalma prosesinin icrası
  • Sorğuların (RFQ/RFP) hazırlanması və göndərilməsi 
  • Sifarişlərin (PO) hazırlanması və təsdiqə təqdim olunması 
  • Müqavilələrin hazırlanması və şərtlərin razılaşdırılması 
  • Qiymət danışıqlarının aparılması (cost optimization) 
  • Zavod üzrə alışlara nəzarət
  • Bütün satınalma əməliyyatlarının təsdiq prosedurlarına uyğun aparılmasına nəzarət 
  • Büdcə limitlərinə riayət olunmasının yoxlanılması 
  • Planlaşdırılmamış və təcili alışların əsaslandırılmasının yoxlanılması 
  • Eyni məhsul üzrə fərqli qiymətlərlə alışların qarşısının alınması 
  • Anbar qalığı ilə sifarişlərin uyğunluğunun yoxlanılması (overstock/unnecessary закупка qarşısı) 
  • Logistika və çatdırılma nəzarəti
  • Sifarişlərin vaxtında çatdırılmasının izlənməsi 
  • Gecikmələrə operativ müdaxilə 
  • Gömrük və nəqliyyat proseslərinin koordinasiyası (lazım olduqda) 
  • Keyfiyyətə nəzarət və qəbul prosesi
  • Alınan malların texniki tələblərə uyğunluğunun yoxlanılması 
  • Qüsurlu məhsullar üzrə təchizatçı ilə iş (claim management) 
  • Sertifikat və uyğunluq sənədlərinin yoxlanılması 
  • Maliyyə və sənədləşmə nəzarəti
  • Fakturaların və müqavilə şərtlərinin uyğunluğunun yoxlanılması 
  • Ödənişlərin düzgünlüyünə nəzarət 
  • Satınalma sənədlərinin arxivləşdirilməsi və auditə hazırlıq 
  • Hesabatlılıq və analiz
  • Satınalma üzrə aylıq/illik hesabatların hazırlanması 
  • Xərclərin analizi və optimallaşdırma təklifləri 
  • KPI-ların izlənməsi (cost saving, on-time delivery, supplier performance
  • Daxili nəzarət və uyğunluq (compliance)
  • Korrupsiya risklərinin qarşısının alınması üçün prosedurların tətbiqi 
  • Satınalma prosesində şəffaflığın təmin olunması 

Tələblər: 

  • Ali təhsil;  
  • Satınalma sahəsində 5-10 il, rəhbər vəzifədə isə 3 il iş təcrübəsi;  
  • Ofis programları (word, excel);
  • İdarəetmə sahəsində təlimlər;
  • Azərbaycan dili, və İngilis dili yaxşı səviyyədə, Rus dili üstünlükdür; 
  • Ölkədaxili və Ölkə xarici ezamiyyət imkanları;
  • Punktual, məsuliyyətli.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük 
  • İstirahət: şənbə və bazar

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV ilə müraciət etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly602
  • Monthly2311