İşin təsviri:
- Tələbatın planlaşdırılması və koordinasiya
- Zavodun bütün şöbələrindən (istehsalat, texniki xidmət, anbar və s.) material və xidmət tələblərinin toplanması
- Tələblərin prioritetləşdirilməsi və illik/aylıq satınalma planının hazırlanması
- Artıq və ya təkrarlanan sifarişlərin qarşısının alınması
- Təchizatçıların seçimi və idarə olunması
- Yeni təchizatçıların araşdırılması və bazar analizi
- Tenderlərin təşkili və qiymət təkliflərinin müqayisəsi
- Təchizatçıların qiymət, keyfiyyət və çatdırılma üzrə qiymətləndirilməsi (vendor evaluation)
- Alternativ təchizatçı bazasının yaradılması (risklərin azaldılması üçün)
- Satınalma prosesinin icrası
- Sorğuların (RFQ/RFP) hazırlanması və göndərilməsi
- Sifarişlərin (PO) hazırlanması və təsdiqə təqdim olunması
- Müqavilələrin hazırlanması və şərtlərin razılaşdırılması
- Qiymət danışıqlarının aparılması (cost optimization)
- Zavod üzrə alışlara nəzarət
- Bütün satınalma əməliyyatlarının təsdiq prosedurlarına uyğun aparılmasına nəzarət
- Büdcə limitlərinə riayət olunmasının yoxlanılması
- Planlaşdırılmamış və təcili alışların əsaslandırılmasının yoxlanılması
- Eyni məhsul üzrə fərqli qiymətlərlə alışların qarşısının alınması
- Anbar qalığı ilə sifarişlərin uyğunluğunun yoxlanılması (overstock/unnecessary закупка qarşısı)
- Logistika və çatdırılma nəzarəti
- Sifarişlərin vaxtında çatdırılmasının izlənməsi
- Gecikmələrə operativ müdaxilə
- Gömrük və nəqliyyat proseslərinin koordinasiyası (lazım olduqda)
- Keyfiyyətə nəzarət və qəbul prosesi
- Alınan malların texniki tələblərə uyğunluğunun yoxlanılması
- Qüsurlu məhsullar üzrə təchizatçı ilə iş (claim management)
- Sertifikat və uyğunluq sənədlərinin yoxlanılması
- Maliyyə və sənədləşmə nəzarəti
- Fakturaların və müqavilə şərtlərinin uyğunluğunun yoxlanılması
- Ödənişlərin düzgünlüyünə nəzarət
- Satınalma sənədlərinin arxivləşdirilməsi və auditə hazırlıq
- Hesabatlılıq və analiz
- Satınalma üzrə aylıq/illik hesabatların hazırlanması
- Xərclərin analizi və optimallaşdırma təklifləri
- KPI-ların izlənməsi (cost saving, on-time delivery, supplier performance
- Daxili nəzarət və uyğunluq (compliance)
- Korrupsiya risklərinin qarşısının alınması üçün prosedurların tətbiqi
- Satınalma prosesində şəffaflığın təmin olunması
Tələblər:
- Ali təhsil;
- Satınalma sahəsində 5-10 il, rəhbər vəzifədə isə 3 il iş təcrübəsi;
- Ofis programları (word, excel);
- İdarəetmə sahəsində təlimlər;
- Azərbaycan dili, və İngilis dili yaxşı səviyyədə, Rus dili üstünlükdür;
- Ölkədaxili və Ölkə xarici ezamiyyət imkanları;
- Punktual, məsuliyyətli.
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İstirahət: şənbə və bazar
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV ilə müraciət etməyiniz xahiş olunur.