Vəzifə öhdəlikləri
- Satınalma fəaliyyətinin planlaşdırılması, təşkili və ümumi idarə edilməsini həyata keçirmək;
- Daxil olan satınalma tələblərini qiymətləndirmək, uyğun təklifləri formalaşdırmaq və aidiyyəti struktur bölmələri ilə koordinasiyanı təmin etmək;
- Yerli və xarici təchizatçıların araşdırılması, qiymətləndirilməsi və etibarlı təchizatçı bazasının formalaşdırılması;
- Bazar araşdırmaları apararaq yeni təchizatçıların müəyyən edilməsi, alış şərtlərinin və xərclərin optimallaşdırılması istiqamətində təkliflər vermək;
- Təchizatçılarla qiymət, ödəniş, kredit və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
- Təsdiq edilmiş sifarişlərin icrasını izləmək və satınalma prosesinin fasiləsizliyini təmin etmək;
- Alınmış məhsul, material və xidmətlər üzrə məlumat bazasını formalaşdırmaq, yeniləmək və satınalma xərclərinə nəzarət etmək;
- Qiymət təkliflərinin toplanması və müqayisəsi prosesini təşkil etmək;
- Təchizatçılarla bağlanan müqavilələrin kommersiya şərtlərinin yoxlanılması və razılaşdırılmasında iştirak etmək;
- Daxili prosedur və qaydalara uyğun sənədləşmə işlərini təmin etmək;
- Satınalma prosesinin icrası barədə rəhbərliyə və aidiyyəti şəxslərə mütəmadi hesabat təqdim etmək;
- Zərurət yarandıqda logistika, daşınma və gömrük əməliyyatlarının koordinasiyasında iştirak etmək.
Namizədə tələblər
- İnşaat, iqtisadiyyat, menecment və ya oxşar ixtisas üzrə ali təhsil;
- İnşaat sahəsində satınalma üzrə ən azı 5 il iş təcrübəsi, o cümlədən minimum 2 il rəhbər vəzifədə fəaliyyət;
- Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur;
- Satınalma prosedurları və təchizat bazarı barədə biliklər;
- Güclü ünsiyyət, danışıqlar aparmaq və qərarvermə bacarığı;
- Analitik düşüncə, məsuliyyət və detallara yüksək diqqət;
- MS Office proqramları və 1C sistemində işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dili bilikləri üstünlükdür.
Təklif olunur
- Peşəkar inkişafı dəstəkləyən iş mühiti;
- 5 günlük iş həftəsi (Bazar ertəsi–Cümə);
- İş saatı: 09:00–18:00;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində razılaşdırılır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.