Vəzifə öhdəlikləri:
- İstehsal planına uyğun olaraq xammal, yarımfabrikat, avadanlıq və digər ehtiyatların tələbatını müəyyənləşdirmək.
- Təchizat bazarını araşdıraraq uyğun və etibarlı təchizatçılar seçmək.
- Təchizatçılardan kommersiya təklifləri toplamaq və qiymət müqayisəsi aparmaq.
- Təklifləri keyfiyyət, qiymət və çatdırılma müddəti baxımından təhlil etmək.
- Müqavilələrin şərtlərini razılaşdırmaq və satınalma müqavilələrini hazırlamaq.
- Sifarişlərin vaxtında və tam həcmdə çatdırılmasına nəzarət etmək.
- Gömrük, daşınma və anbara qəbul proseslərini izləmək.
- Satın alınan malların və materialların keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq.
- Uyğunsuzluq hallarında təchizatçılarla problemlərin həllini təmin etmək.
- Satınalma büdcəsini tərtib etmək və icrasına nəzarət etmək.
- Səmərəli satınalma strategiyaları ilə xərcləri optimallaşdırmaq.
- Satınalma əməliyyatları üzrə hesabatları hazırlamaq.
- Müqavilələr, sifariş formaları və digər sənədləri arxivləşdirmək.
- Tələb olunan materialların istehsal planına uyğun vaxtında təmin edilməsini koordinasiya etmək.
- Satınalma bazarını, qiymət dinamikasını və yeni məhsulları izləmək.
- Təchizat risklərinin azaldılması üçün alternativ təchizatçı şəbəkəsi qurmaq.
Tələb:
- Ali təhsil (Sahəyə uyğun)
- Minimum 9 il iş təcrübəsi, o cümlədən azı 3 il idarəedici funksiyada
- Azərbaycan dili (sərbəst), İngilis və Rus dili (işgüzar səviyyədə)
- MS Office, ERP sistemləri (1C, Micro, Uyumsoft və s.) üzrə biliklər
- Regionlara ezamiyyət imkanı
Əlavə tələb:
- Yüksək kommunikasiya bacarığı
- Analitik düşünmə bacarığı
- Qərar qəbul etmə bacarığı
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri (mütəmadi ezamlar)
- Könüllü Tibbi Sığorta
- Korporativ nömrə
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Satınalma meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.