Təsvir
- Tələb olunan malların və xidmətlərin alışı istiqamətində tədarükçülərlə danışıqlar aparmaq, sorğular göndərmək və əlverişli qiymət təkliflərinin əldə olunmasını təmin etmək;
- Bazar araşdırması aparmaq və potensial təchizatçıları tapmaq;
- Bazar araşdırması və tələbnamələrin icra vəziyyəti barədə rəhbərliyə hesabatlar təqdim etmək;
- Yerli və xarici bazarın monitorinqini aparmaq;
- Şirkət üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərmək;
- Tələb olunan mal - material və xidmətlərin prosedura əsaslanaraq vaxtında çatdırmaq;
- Bazar araşdırması nəticəsində alınmış qiymət təkliflərinin xüsusi təklif qiymətləndirmə formasına yığmaq və rəhbərliyə təqdim etmək;
- Malların çatdırılması prosesini və ödənişlərinin həyata keçirilməsini təşkil etmək;
- Beynəlxalq təchizatçılardan alınmış malların çatdırılmasını və gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədlərin təqdim edilməsini təşkil etmək;
- Tenderləri təşkil etmək
Tələblər
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
- Verilən işi vaxtında və operativ təhvil vermək bacarığı;
- Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
- Analitik düşüncəyə sahib, problemləri sadə yollarla həll etmə bacarığı;
- Rus və İngilis dili biliyi
Daimi iş yeri: Xırdalan
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.