C Company
  • 745

Company

Other

Satınalma üzrə baş mütəxəssis

  • Deadline 22 June 2025

Vəzifə öhdəlikləri:

  • Şirkətdə satınalma sisteminin sıfırdan qurulmasında iştirak etmək
  • Satınalma prosedurlarının və siyasətlərinin hazırlanması və tətbiqi
  • Tələb olunan mal və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təmini üçün təchizatçılarla əməkdaşlıq etmək
  • Potensial təchizatçıların araşdırılması, qiymətləndirilməsi və müqayisəli təhlilinin aparılması
  • Tenderlərin keçirilməsi, təkliflərin toplanması və müqavilələrin hazırlanmasında iştirak
  • Mal və xidmətlərin sifarişi, təhvili və ödənişlərinin izlənilməsi
  • Bazar qiymətlərini izləmək və qənaət imkanlarını təhlil etmək
  • Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Müxtəlif şöbələrlə koordinasiyalı şəkildə işləmək və satınalma ehtiyaclarını vaxtında müəyyənləşdirmək

Bilik və bacarıqlar:

  • Ali təhsil
  • İş təcrübəsi  (Logistika, Neft-Qaz sahəsində təcrübəyə üstünlük verilir)
  • İngilis dilində danışıq və yazı bacarığı
  • Yerli və beynəlxalq təchizatçılarla əməkdaşlıq bacarığı və təcrübəsi
  • Komanda ilə və fərdi şəkildə işləmək bacarığı
  • Yüksək ünsiyyət bacarığı
  • SAP arzu olunandır
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları

İş şəraiti və şərtləri:

  • İş yeri: Bakı şəhəri Xətai rayonu
  • İş qrafiki: 5 günlük (09:00-18:00)
  • İşçinin və ailə üzvlərinin könüllü tibbi sığorta paket
  • Stabil iş mühiti və peşəkar komanda;
  • Rəqabətli əmək haqqı;
  • Karyera və inkişaf imkanları;

Tələblərə uyğun şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” yazaraq göndərə bilərlər.

  • Daily16
  • Weekly653
  • Monthly2176