Vəzifə öhdəlikləri:
- Şirkətdə satınalma sisteminin sıfırdan qurulmasında iştirak etmək
- Satınalma prosedurlarının və siyasətlərinin hazırlanması və tətbiqi
- Tələb olunan mal və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təmini üçün təchizatçılarla əməkdaşlıq etmək
- Potensial təchizatçıların araşdırılması, qiymətləndirilməsi və müqayisəli təhlilinin aparılması
- Tenderlərin keçirilməsi, təkliflərin toplanması və müqavilələrin hazırlanmasında iştirak
- Mal və xidmətlərin sifarişi, təhvili və ödənişlərinin izlənilməsi
- Bazar qiymətlərini izləmək və qənaət imkanlarını təhlil etmək
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Müxtəlif şöbələrlə koordinasiyalı şəkildə işləmək və satınalma ehtiyaclarını vaxtında müəyyənləşdirmək
Bilik və bacarıqlar:
- Ali təhsil
- İş təcrübəsi (Logistika, Neft-Qaz sahəsində təcrübəyə üstünlük verilir)
- İngilis dilində danışıq və yazı bacarığı
- Yerli və beynəlxalq təchizatçılarla əməkdaşlıq bacarığı və təcrübəsi
- Komanda ilə və fərdi şəkildə işləmək bacarığı
- Yüksək ünsiyyət bacarığı
- SAP arzu olunandır
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
İş şəraiti və şərtləri:
- İş yeri: Bakı şəhəri Xətai rayonu
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- İşçinin və ailə üzvlərinin könüllü tibbi sığorta paket
- Stabil iş mühiti və peşəkar komanda;
- Rəqabətli əmək haqqı;
- Karyera və inkişaf imkanları;
Tələblərə uyğun şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” yazaraq göndərə bilərlər.