İş şərtləri:
- Əmək haqqı: 2400 AZN;
- Şirkət Zirə qəsəbəsində yerləşir.
Əsas tələblər:
- Ali təhsil (iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə);
- CIPS və ya satınalma üzrə sertifikatların olması arzuolunandır;
- Sahə üzrə minimum 5 il təcrübə;
- Kənd təsərrüfatı təchizatı üzrə biliklər arzuolunandır;
- Satınalma əməliyyatları (müqavilələrin idarə edilməsi, tender, logistika (beynəlxalq, gömrük rəsmiləşdirilməsi)) üzrə nəzəri və praktiki biliklər;
- Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti, ingilis və/və ya rus dillərində danışıq qabiliyyəti üstünlükdür;
- MS Office və 1C proqramlarında sərbəst işləmək bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin prosedurlarına uyğun olaraq satınalma sorğularına nəzarət etmək;
- Qiymət sorğuları və iri həcmli tenderlərin müvafiq qaydalara uyğun təşkili;
- “1C” proqramında tələb olunan mal və ya xidmətlərə sifarişlərin artırılmasına nəzarət etmək;
- Şirkət daxili satınalma prosedurlarına və əmrlərinə riayət olunmasına nəzarət;
- Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;
- Bazar təhlilini etmək və tələb olunan mal-material üçün yerli və xarici bazarları araşdırmaq;
- Sifariş edilmiş mal-material və ya xidmətlərin 5Q standartlarına uyğun şəkildə təşkilinin idarə edilməsi;
- Müvafiq malların keyfiyyət üzrə sertifikatlarının təqdim edilməsini tələb etmək;
- Müraciətçi ilə birlikdə potensial keyfiyyət problemlərini nəzərdən keçirib aşkar olunan qüsurları aradan qaldırmaq üçün lazımi tədbirlər görmək;
- Müqavilə danışıqlarının həyata keçirilməsində hüquq şöbəsi ilə koordinasiyalı fəaliyyət;
- Təchizatçılarla işgüzar yazışmalar və danışıqlar aparmaq;
- Şirkətin prosedurlarına uyğun olaraq qiymət araşdırması aparmaq;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasını aparmaq, təchizatçılarla qiymət təkliflərini şirkətin siyasətinə uyğun aparmaq;
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq (müqayisə), eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Xərcələrin azaldılması məqsədilə yeni təkliflərin verilməsi;
- Tələb olunduqda rəhbərliyə podratçı/təchizatçı performans hesabatları hazırlamaq;
- İdxal olunan malların gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədləri hazırlamaq;
- Satınalma ilə bağlı tenderlərin təşkili və nəzarəti prosesini həyata keçirtmək;
- Dövlət Satınalmaları və Tender proseslərindən məlumatlılıq;
- Sifarişlərin qəbulu, təhlilini aparmaq, əməliyyat və nəzarət prosedurlarını həyata keçirtmək və tədarük prosesində iştirak etmək;
- Təchizatçıların araşdırılmasını, əlaqələrin yaradılmasını, sifarişlərin statuslarının izlənilməsi və vaxtında çatdırılmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.