İşin təsviri:
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
- Tədarükçülər ilə mütəmadi olaraq görüşlər təyin etmək və yeni tədarükçülərin araşdırılması.
- Mövcud şirkətlər və tədarükçülər siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisi cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
- Şirkətlər, tədarükçülərlə danışıqlar aparmaq, görüşlər keçirmək və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq.
- Təsdiq edilən təkliflər əsasında Satınalma müqavilələrinin hazırlanıb icra edilməsi.
- Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək.
Tələblər:
- Mövcud sahə üzrə minumum 3 il təcrübəsi olmalı.
- Ali təhsil.
- Daxili bazar və Xarici bazarın özəlliklərini yaxşı tanımalı.
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti.
- Dil bbilikləri: Azərbaycan, İngilis, Türk.
- Kompüter biliyi.
- Xarici və daxili ezamiyyətlərə getmə imkanı.
İş şəraiti:
- 5günlük
- İstirahət şənbə, bazar
- Ünvan: Xətai 34 (Luxen Plaza)
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
Maraqlı olanlar Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına cv göndərməyiniz xahiş olunur.