C Company
  • 784

Company

Digər

Satınalma və Təchizat üzrə Menecer

Satınalma və Təchizat üzrə Menecer

  • Deadline 1 Dekabr 2025

Vəzifə öhdəlikləri:

  • Zavod və ofis bölmələrindən daxil olan tələblərə əsasən yerli və xarici satınalma planını hazırlamaq və icrasını təmin etmək.
  • Xarici təchizatçılarla İncoterms 2020 (EXW, FOB, CIF, DDP və s.) qaydaları əsasında işləmək, logistika və gömrük proseslərini əlaqələndirmək.
  • Xaricdən alınan mallar üzrə proforma invoice, commercial invoice, packing list, certificate of origin, conformity certificates və digər sənədlərin düzgünlüyünə nəzarət etmək.
  • Təchizatçılardan kommersiya təklifləri toplamaq, qiymət və texniki müqayisə (comparison sheet) aparmaq.
  • Qiymət, keyfiyyət və çatdırılma baxımından ən optimal variantı rəhbərliyə təqdim etmək.
  • Rəhbərliklə razılaşdırılmış müqavilə və sifariş sənədlərini (Purchase Order) hazırlamaq və icrasını izləmək.
  • Malların və avadanlıqların vaxtında çatdırılmasını təmin etmək, gecikmə və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək.
  • Yerli və xarici təchizatçılarla danışıqlar aparmaq, uzunmüddətli əməkdaşlıqlar qurmaq.
  • Satınalma əməliyyatlarının audit və daxili prosedurlara, etik qaydalara və şirkət siyasətinə uyğun yerinə yetirilməsini təmin etmək.
  • Satınalma və təchizat fəaliyyətləri üzrə aylıq və rüblük hesabatlar hazırlamaq və direktora təqdim etmək.
  • Təchizatçı bazasını genişləndirmək, yeni xarici istehsalçılar və distribütorlarla əlaqələr qurmaq.
  • Satınalma göstəricilərini (KPI) qənaət, vaxtında çatdırılma, keyfiyyət və effektivlik üzrə təhlil etmək.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil: iqtisadiyyat, mühəndislik, logistika və ya menecment sahəsində.
  • Təcrübə: Satınalma və təchizat sahəsində minimum 3 il təcrübə, xarici alış təcrübəsi mütləq.
  • Dil bilikləri: İngilis dili mütləq (danışıqlar və sənədləşmə səviyyəsində), Rus dili üstünlükdür.
  • Bacarıqlar: bazar araşdırması, müqavilə təhlili və qiymət müqayisəsi aparmaq bacarığı; MS Office və satınalma proqramlarında işləmə bacarığı; yüksək məsuliyyət, dəqiqlik və analitik düşünmə qabiliyyəti.

Əmək haqqı və iş şərtləri:

  • Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə;
  • Ştat cədvəlinə uyğun rəsmi əmək müqaviləsi; 
  • İş qrafiki: 5 günlük iş həftəsi/ şənbə və bazar günləri istirahət;
  • İş yeri: Bakı şəhəri, İzmir küçəsi 2, Hyatt Regency, Tower-1 binası,  4-cü mərtəbə, mənzil 48.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Satınalma və Təchizat üzrə Menecer” yazaraq göndərə bilərlər. 

  • Daily12
  • Weekly589
  • Monthly610