Vəzifə öhdəlikləri:
- Zavod və ofis bölmələrindən daxil olan tələblərə əsasən yerli və xarici satınalma planını hazırlamaq və icrasını təmin etmək.
- Xarici təchizatçılarla İncoterms 2020 (EXW, FOB, CIF, DDP və s.) qaydaları əsasında işləmək, logistika və gömrük proseslərini əlaqələndirmək.
- Xaricdən alınan mallar üzrə proforma invoice, commercial invoice, packing list, certificate of origin, conformity certificates və digər sənədlərin düzgünlüyünə nəzarət etmək.
- Təchizatçılardan kommersiya təklifləri toplamaq, qiymət və texniki müqayisə (comparison sheet) aparmaq.
- Qiymət, keyfiyyət və çatdırılma baxımından ən optimal variantı rəhbərliyə təqdim etmək.
- Rəhbərliklə razılaşdırılmış müqavilə və sifariş sənədlərini (Purchase Order) hazırlamaq və icrasını izləmək.
- Malların və avadanlıqların vaxtında çatdırılmasını təmin etmək, gecikmə və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək.
- Yerli və xarici təchizatçılarla danışıqlar aparmaq, uzunmüddətli əməkdaşlıqlar qurmaq.
- Satınalma əməliyyatlarının audit və daxili prosedurlara, etik qaydalara və şirkət siyasətinə uyğun yerinə yetirilməsini təmin etmək.
- Satınalma və təchizat fəaliyyətləri üzrə aylıq və rüblük hesabatlar hazırlamaq və direktora təqdim etmək.
- Təchizatçı bazasını genişləndirmək, yeni xarici istehsalçılar və distribütorlarla əlaqələr qurmaq.
- Satınalma göstəricilərini (KPI) qənaət, vaxtında çatdırılma, keyfiyyət və effektivlik üzrə təhlil etmək.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil: iqtisadiyyat, mühəndislik, logistika və ya menecment sahəsində.
- Təcrübə: Satınalma və təchizat sahəsində minimum 3 il təcrübə, xarici alış təcrübəsi mütləq.
- Dil bilikləri: İngilis dili mütləq (danışıqlar və sənədləşmə səviyyəsində), Rus dili üstünlükdür.
- Bacarıqlar: bazar araşdırması, müqavilə təhlili və qiymət müqayisəsi aparmaq bacarığı; MS Office və satınalma proqramlarında işləmə bacarığı; yüksək məsuliyyət, dəqiqlik və analitik düşünmə qabiliyyəti.
Əmək haqqı və iş şərtləri:
- Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə;
- Ştat cədvəlinə uyğun rəsmi əmək müqaviləsi;
- İş qrafiki: 5 günlük iş həftəsi/ şənbə və bazar günləri istirahət;
- İş yeri: Bakı şəhəri, İzmir küçəsi 2, Hyatt Regency, Tower-1 binası, 4-cü mərtəbə, mənzil 48.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Satınalma və Təchizat üzrə Menecer” yazaraq göndərə bilərlər.