Neft-qaz, Dağ-mədən, Metallurgiya və Ümumi sənaye sahəsində fəaliyyət göstərən Beynəlxalq ticari əməliyyatlar yerinə yetirən şirkətə beynəlxalq və yerli tender müsabiqələrində və satınalma əməliyyatlarında çalışmaq üçün Satınalma və Tender üzrə mütəxəssis və ya Təcrübəçi (burada təlim alaraq, özünü inkişaf etdirmək istəyi olan yeni başlayan mütəxəssislər) tələb olunur.
Vəzifə öhdəlikləri
- Satınalma sifarişlərinin idarə edilməsi (sifariş qəbulu və təhlili, yerləşdirməsi, sifarişin icrasına nəzarət, hesabat hazırlama və sifarişin yekunlaşdırılması);
- Müqavilələrin hazırlanması və icrasına nəzarət;
- Şirkətin dövlət və özəl tender müsabiqələrində iştirakını təmin etmək;
- Tender təkliflərinin hazırlanması;
- Tender müsabiqələrinin təşkili.
Tələblər:
- Ali təhsil (təhsilini tamamlamamış Bakalavr tələbələri müraciət etməsin);
- Riyazi hesablama bilikləri vacibdir;
- Dəqiq, punktual və cəld olmalı;
- Azərbaycan dili səlis, ingilis və rus dili tələbdir (minimum B2 səviyyəsində);
- Kollektivlə işləmək bacarığı;
- Komunnikasiya qabiliyyəti yüksək;
- İş təcrübəsi arzuolunandır.
- MC ofis proqramlarında müstəqil işləmək bacarığı xüsusilə Excel
İş qrafiki
- 5 günlük iş rejimi
- İş saatları 09:00 – 18:00 (13:00 - 14:00 nahar fasiləsi)
- Əmək haqqı – Müsahibə əsasında müəyyənləşdiriləcəkdir
- Nahar şirkət tərəfindən təmin edilir.
Hörmətli namizədlər, CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.