İş haqqında:
- Əmək haqqı: 1000-1500 azn (sabit əmək haqqı + satışdan faizlə birliktə).
- Azərbaycan Respublikası ƏM uyğun işə qəbul.
- 6 günlük iş qrafiki.
Namizədə dair tələblər:
- Cins: Xanım
- Ali Təhsil.
- Təhsil sahəsində satış və marketinq təcrübəsi üstünlükdür.
- Yüksək ünsiyyət və inandırma bacarıqları.
- Rəqəmsal marketinq bilikləri və satış analitikası üzrə təcrübə.
- Analitik düşünmə və problemləri həll etmə bacarığı.
- Komanda idarəetmə təcrübəsi.
- Müştəri məmnuniyyətini qoruma və inkişaf etdirmə bacarığı.
- Satış hədəflərinə nail olmaq üçün strateji planlaşdırma qabiliyyəti.
- Rus və İngilis dilində bilməsi üstünlükdür.
- Gələn müraciətlərin minumum 40 faizini satışa çevirmək.
- Yaş həddi: 20-40.
Vəzifə öhdəlikləri:
Satış Strategiyasının Qurulması və İdarə Edilməsi:
- Təhsil mərkəzinin satış planlarının və strategiyalarının hazırlanması.
- Satış komandasının fəaliyyətinin idarə edilməsi və koordinasiyası.
- Rəqiblərin bazardakı fəaliyyətini araşdıraraq uyğun strategiyalar hazırlanması.
- Yeni satış texnikalarının araşdırılması və tətbiqi.
- Satış və marketinq fəaliyyətlərinin uyğunlaşdırılması.
Müştəri Cəlb Etmə və Münasibətlərin Qurulması:
- Potensial tələbə və valideynlərin cəlb edilməsi.
- Mövcud müştəri bazasının idarə edilməsi və münasibətlərin qorunması.
- Daxil olan müraciətlərin (Mobil nömrə və Sosial media platformaları üzərindən) operativ və peşəkar şəkildə cavablandırılması.
- Müştərilərlə social şəbəkələr, zəng və üz-üzə görüşlərin təşkili və kurs məhsul satışının həyata keçrilməsi.
- Satışın həyata keçirilməsi və proses yekunlaşana qədər izlənilməsini təmin etmək.
- Korporativ əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi.
- Tələbə məmnuniyyətinin artırılması üçün strategiyaların hazırlanması.
Reklam və Marketinq Fəaliyyətlərinin İdarə Edilməsi:
- Satış kampaniyalarının hazırlanması və icrası.
- Satış meneceri marketinq şöbəsi ilə birgə çalışaraq rəqəmsal marketinq və sosial platformalar vasitəsilə tələbə cəlbini həyata keçirməsi.
- Seminarlar, açıq dərslər və informasiya sessiyalarının təşkili.
- Kütləvi informasiya vasitələri ilə iş birliyinin qurulması və PR strategiyalarının tətbiqi.
Satış Hədəflərinin Müəyyən Edilməsi və Analiz:
- Satış proqnozlarının təyin edilməsi.
- Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Görülən işlərin effektivliyinin mütəmadi olaraq analiz edilməsi.
- Satış prosesindən əldə edilən rəqəmsal məlumatların idarə edilməsi və analiz edilməsi.
Komandanın Formalaşdırılması və İdarə Edilməsi:
- Satış komandasının fəaliyyətinin idarə edilməsi və motivasiya edilməsi.
- Yeni işçilərin işə qəbulu və satış bacarıqlarının inkişaf etdirilməsi.
- Satış komandasının təlim və inkişaf proqramlarının həyata keçirilməsi.
- Satış nümayəndələrinin performans qiymətləndirilməsinin aparılması.
Bazar Araşdırması və Təhlil:
- Təhsil bazarını izləmək.
- Müştərilərin tələbləri və rəqabət mühiti haqqında məlumat toplamaq.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərlər.