Satış meneceri

  • Истекает 9 ноябрь 2025

Vəzifə öhdəlikləri:

  • Müştərilərlə birbaşa əlaqə qurmaq, turlar və xidmətlər barədə dolğun məlumat vermək;
  • Yeni müştəri bazasının qurulması və genişləndirilməsi;
  • Aviabiletlərin, otel rezervasiyalarının və digər xidmətlərin satışı və müştərilərə təqdimatı;
  • Satış planlarının hazırlanması və icrası;
  • Sosial media, zəng və yazışmalarla aktiv satış fəaliyyəti;
  • Müştəri məmnuniyyətinin davamlı şəkildə təmin edilməsi;
  • Korporativ müştərilər üçün xüsusi tur paketlərinin hazırlanmasında iştirak;
  • Həm daxili və həm də xarici müştərilərə vaxtında və nəzakətli xidmətin göstərilməsi;
  • Həftəlik, aylıq, rüblük və illik hesabatları hazırlamaq;
  • Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasını təmin etmək;
  • Fəaliyyət planının hazırlanması və sağlam biznes təcrübələri vasitəsilə beynəlxalq operatorlardan, səyahət agentlərindən və iri həcmli tur şirkətlərindən yeni biznes imkanları əldə etmək;
  • Həm ölkədaxili, həm də ölkəxarici ticarətlə bağlı təşkilatlar çərçivəsində ticarət sərgilərinə, müşavirələrə və reklam tədbirlərinə qatılmaq;
  • Yeni bazarları və biznes imkanlarını müəyyənləşdirmək və satışları artırmaq;
  • Fəal olaraq satışın bütün  sahələrində yeni potensial əlaqələrin axtarışı, inkişafı, və onların aktiv məhsuldar hesablara çevrilməsi üçün satış strategiyasına riayət etmək.

Tələblər:

  • Ali təhsil; (turizm arzuolunandır)
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; (turizm sahəsində olması mütləqdir)
  • Səlis Azərbaycan, Rus və İngilis dillərini bilmək; (mütləqdir)
  • Microsoft office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Xarici ölkələrə səfər edə bilmək;
  • Yüksək səviyyədə təqdimat və danışıq bacarığı;
  • Korporativ yazışma və işgüzar danışıqları aparmaq bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

İş qrafiki:

  • İş yeri: Bakı şəhəri
  • İş günü: həftədə 5 gün
  • İş saatları: 09:00 -18:00 
  • Əmək haqqı: 2000 AZN + bonus (10%)
  • Müntəzəm xarici ezamiyyətlər 
  • Peşəkar inkişaf, karyera yüksəlişi imkanı
  • Dinamik və dəstəkçi iş mühiti

Maraqlanan və tələb olunan kriteriyalara cavab verən namizədlər CVlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu hissəsində müraciət etdiyiniz vəzifəni qeyd etməklə) təqdim etməlidirlər: 

  • Daily0
  • Weekly107
  • Monthly1124