Namizədə tələblər:
- Ali təhsil
- İş təcrübəsi: 3-5 il
- Güclü ünsiyyət və danışıq qabiliyyəti
- İnkişafa meyilli,öz üzərində işləyən
- Satışları təhlil etmək bacarığı
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı
- İş prioritlərini düzgün təyin edə bilmək
- Öhdəliklərini tam və vaxtında icra etmək bacarığı
- Cins: Kişi
Vəzifə öhdəlikləri:
- Faktiki müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təkliflər irəli sürmək
- Satış strategiyasını hazırlamaq, strateji planlaşdırmada iştirak etmək, Satış həcminin artırılması yönündə təkliflər vermək
- Satış prosesinin planlaşdırılması və təşkil edilməsi , Satışı stimullaşdırmaq üçün təkliflər vermək
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun çalışmaq
- Satış sonrası müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmaq və nəzarət mexanizmini tətbiq etmək
- Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilərə təqdimatların tanıtımını həyata keçirmək;
- Satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirmək və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləmək
İş şəraiti:
- İş qrafiki : 6 günlük
- Korporativ nömrə və Nahar şirkət tərəfindən qarşılanır
- İş yeri: Bakı
- Əmək haqqı: müsahibə əsasında təyin olunur
Uyğun namizədlərin “Müraciət et” düyməsindən istifadə etməsi xahiş olunur.