Satış Meneceri (Bakı üzrə)

  • Истекает 5 июль 2025

Satış bacarığınız var və mebel sahəsində işləmək istəyirsiniz? O zaman bu fürsət sizin üçündür! Komandamıza Bakı şəhəri üzrə satışları həyata keçirəcək peşəkar Satış Meneceri axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin mebel məhsullarının Bakı şəhərində satışını təşkil etmək;
  • Yeni müştərilərin cəlb olunması və mövcud müştərilərlə davamlı əlaqələrin qurulması;
  • Satış planlarının yerinə yetirilməsi və aylıq hesabatların təqdim edilməsi;
  • Məhsulların təqdimatı və sifariş prosesinin idarə olunması;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və bazar ehtiyaclarının təhlili.

Namizəddən tələblər:

  • Mebel satışında və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
  • Satış bacarıqları və müştəri ilə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Bakı şəhərində sərbəst hərəkət imkanı;
  • Məsuliyyətli, ünsiyyətcil və nəticəyə fokuslanmış olmaq;
  • Komandada işləmək və müstəqil qərar vermək bacarığı.

Əlavə məlumatlar:

  • İş yeri: Masazır qəsəbəsi. Qurtuluş Yaşayış Kompleksinin yaxınlığı
  • İş qrafiki: 6 günlük iş (Bazar günü istirahət)
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur

Biz təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı və motivasiyaedici bonus sistemi;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • İşgüzar və dəstəkləyici komanda mühiti.

 Müraciət üçün:

  • CV-nizi “Satış Meneceri (Bakı üzrə)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
  • Daily4
  • Weekly482
  • Monthly486