Satış Meneceri (Çin və Rusiya bazarları üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Meneceri (Çin və Rusiya bazarları üzrə)

  • Deadline 3 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimiz Çin və Rusiya bazarları üzrə satış fəaliyyətinin genişləndirilməsi məqsədilə peşəkar Satış Menecerləri axtarır.

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam iş günü

Əsas vəzifə öhdəlikləri

  • Çin və Rusiya bazarlarında yeni müştərilərin və potensial biznes tərəfdaşlarının müəyyən edilməsi.
  • Xarici bazarların araşdırılması, satış imkanlarının təhlili və yeni satış kanallarının yaradılması.
  • Potensial müştərilərlə əlaqələrin qurulması, kommersiya danışıqlarının aparılması və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi.
  • Şirkətin məhsullarının beynəlxalq bazarlarda təqdim edilməsi və satış həcminin artırılması.
  • Kommersiya təkliflərinin hazırlanması, qiymət danışıqlarının aparılması və müqavilələrin bağlanması.
  • Mövcud müştəri portfelinin idarə olunması və müştəri məmnuniyyətinin təmin edilməsi.
  • Satış sifarişlərinin qəbul edilməsi və icra prosesinin izlənilməsi.
  • Logistika, ixrac və maliyyə şöbələri ilə koordinasiyanın təmin edilməsi.
  • Rəqib şirkətlərin fəaliyyətinin, bazar qiymətlərinin və satış tendensiyalarının mütəmadi təhlili.
  • Aylıq və rüblük satış planlarının hazırlanması və müəyyən edilmiş satış hədəflərinə nail olunması.
  • Satış nəticələri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi.

Namizədə tələblər

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür).
  • Satış, beynəlxalq ticarət və ya ixrac sahəsində minimum 2–3 il iş təcrübəsi.
  • Çin və/və ya rus dillərində sərbəst danışıq və yazı bacarığı.
  • İngilis dili biliyi üstünlükdür.
  • Beynəlxalq satış prosesləri və ixrac əməliyyatları haqqında biliklər.
  • B2B satış və korporativ müştərilərlə iş təcrübəsi.
  • Güclü təqdimat, ünsiyyət və danışıqlar aparmaq bacarığı.
  • Analitik düşüncə, təşəbbüskarlıq və nəticəyönümlülük.
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.
  • Komandada işləmək və müstəqil qərar qəbul etmək bacarığı.
  • Xarici ezamiyyətlərə hazır olmaq.

Üstünlük veriləcək namizədlər

  • Çin və ya Rusiya bazarında praktiki satış təcrübəsi olanlar.
  • Kənd təsərrüfatı, meyvə-tərəvəz və qida məhsullarının ixracı sahəsində çalışanlar.
  • Beynəlxalq distribütorlar, topdansatış şirkətləri və pərakəndə satış şəbəkələri ilə əlaqələri olanlar.
  • Xarici ticarət müqavilələri və ixrac sənədləşməsi üzrə bilikləri olanlar.

Şirkət tərəfindən təklif olunur

  • Rəqabətqabiliyyətli əməkhaqqı.
  • Satış nəticələrinə əsaslanan bonus sistemi.
  • Peşəkar və dinamik iş mühiti.
  • Beynəlxalq bazarlarla işləmək imkanı.
  • Karyera və peşəkar inkisaf perspektifleri,

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily112
  • Weekly235
  • Monthly236