Şirkətimiz Çin və Rusiya bazarları üzrə satış fəaliyyətinin genişləndirilməsi məqsədilə peşəkar Satış Menecerləri axtarır.
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Əsas vəzifə öhdəlikləri
- Çin və Rusiya bazarlarında yeni müştərilərin və potensial biznes tərəfdaşlarının müəyyən edilməsi.
- Xarici bazarların araşdırılması, satış imkanlarının təhlili və yeni satış kanallarının yaradılması.
- Potensial müştərilərlə əlaqələrin qurulması, kommersiya danışıqlarının aparılması və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi.
- Şirkətin məhsullarının beynəlxalq bazarlarda təqdim edilməsi və satış həcminin artırılması.
- Kommersiya təkliflərinin hazırlanması, qiymət danışıqlarının aparılması və müqavilələrin bağlanması.
- Mövcud müştəri portfelinin idarə olunması və müştəri məmnuniyyətinin təmin edilməsi.
- Satış sifarişlərinin qəbul edilməsi və icra prosesinin izlənilməsi.
- Logistika, ixrac və maliyyə şöbələri ilə koordinasiyanın təmin edilməsi.
- Rəqib şirkətlərin fəaliyyətinin, bazar qiymətlərinin və satış tendensiyalarının mütəmadi təhlili.
- Aylıq və rüblük satış planlarının hazırlanması və müəyyən edilmiş satış hədəflərinə nail olunması.
- Satış nəticələri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə tələblər
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür).
- Satış, beynəlxalq ticarət və ya ixrac sahəsində minimum 2–3 il iş təcrübəsi.
- Çin və/və ya rus dillərində sərbəst danışıq və yazı bacarığı.
- İngilis dili biliyi üstünlükdür.
- Beynəlxalq satış prosesləri və ixrac əməliyyatları haqqında biliklər.
- B2B satış və korporativ müştərilərlə iş təcrübəsi.
- Güclü təqdimat, ünsiyyət və danışıqlar aparmaq bacarığı.
- Analitik düşüncə, təşəbbüskarlıq və nəticəyönümlülük.
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
- Komandada işləmək və müstəqil qərar qəbul etmək bacarığı.
- Xarici ezamiyyətlərə hazır olmaq.
Üstünlük veriləcək namizədlər
- Çin və ya Rusiya bazarında praktiki satış təcrübəsi olanlar.
- Kənd təsərrüfatı, meyvə-tərəvəz və qida məhsullarının ixracı sahəsində çalışanlar.
- Beynəlxalq distribütorlar, topdansatış şirkətləri və pərakəndə satış şəbəkələri ilə əlaqələri olanlar.
- Xarici ticarət müqavilələri və ixrac sənədləşməsi üzrə bilikləri olanlar.
Şirkət tərəfindən təklif olunur
- Rəqabətqabiliyyətli əməkhaqqı.
- Satış nəticələrinə əsaslanan bonus sistemi.
- Peşəkar və dinamik iş mühiti.
- Beynəlxalq bazarlarla işləmək imkanı.
- Karyera və peşəkar inkisaf perspektifleri,
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.