Vəzifə öhdəlikləri
- Premium daşınmaz əmlak layihələrinin satışını təşkil etmək və idarə etmək
- Müştərilərə layihələr və satışda olan mənzillər barədə peşəkar təqdimatlar keçirmək
- Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun daşınmaz əmlak seçimləri təklif etmək
- Satış prosesini ilk müraciətdən müqavilənin bağlanmasına qədər idarə etmək
- Obyektlərə baxışları təşkil etmək və müştəriləri müşayiət etmək
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi
- Satış planlarının icrasını təmin etmək və müəyyən edilmiş hədəflərə nail olmaq
- CRM sistemində müştəri bazasını və satış proseslərini idarə etmək
- Satış komandasının fəaliyyətini koordinasiya etmək və satış effektivliyini artırmaq
Namizədə tələblər
- Ali təhsil
- Satış sahəsində minimum 4 il iş təcrübəsi; daşınmaz əmlak və tikinti sektorunda təcrübə üstünlükdür
- Azərbaycan və rus dillərini sərbəst bilmək (rus dili mütləqdir)
- İdarəçilik, təqdimat və danışıqlar aparmaq bacarığı
- MS Office və CRM proqramlarında işləmək bacarığı
İş şərtləri
- Ünvan: Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi 8
- Əmək haqqı: Müsahibə əsasında
- İş qrafiki: 6 günlük (6-cı gün qısaldılmış)
Müraciət üçün CV-lərinizi “Satış rəhbəri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.