Satış rəhbəri

  • Истекает 27 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  •  Premium daşınmaz əmlak layihələrinin satışını təşkil etmək və idarə etmək
  • Müştərilərə layihələr və satışda olan mənzillər barədə peşəkar təqdimatlar keçirmək
  • Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun daşınmaz əmlak seçimləri təklif etmək
  • Satış prosesini ilk müraciətdən müqavilənin bağlanmasına qədər idarə etmək
  • Obyektlərə baxışları təşkil etmək və müştəriləri müşayiət etmək
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi
  • Satış planlarının icrasını təmin etmək və müəyyən edilmiş hədəflərə nail olmaq
  • CRM sistemində müştəri bazasını və satış proseslərini idarə etmək
  • Satış komandasının fəaliyyətini koordinasiya etmək və satış effektivliyini artırmaq

Namizədə tələblər

  • Ali təhsil
  • Satış sahəsində minimum 4 il iş təcrübəsi; daşınmaz əmlak və tikinti sektorunda təcrübə üstünlükdür
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (rus dili mütləqdir)
  • İdarəçilik, təqdimat və danışıqlar aparmaq bacarığı
  • MS Office və CRM proqramlarında işləmək bacarığı

İş şərtləri

  • Ünvan: Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi 8
  • Əmək haqqı: Müsahibə əsasında
  • İş qrafiki: 6 günlük (6-cı gün qısaldılmış)

Müraciət üçün CV-lərinizi “Satış rəhbəri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily103
  • Weekly530
  • Monthly2285