“Satış şöbəsinin müdiri” vakansiyası üzrə işçi axtarışı elan edilir!
Vəzifə öhdəlikləri:
- Satış strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək;
- Satış planlarının, hədəflərinin və fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsinə rəhbərlik etmək;
- Satış komandasının fəaliyyətini təşkil etmək, inkişafını və motivasiyasını təmin etmək;
- Satış nəticələrinin mütəmadi təhlilini aparmaq və performans göstəricilərinə nəzarət etmək;
- Müştəri portfelinin genişləndirilməsi və mövcud müştəri münasibətlərinin inkişaf etdirilməsini təmin etmək;
- Bazar tendensiyalarını, qiymət dəyişikliklərini və rəqabət mühitini təhlil etmək;
- Satış proqnozlarının hazırlanmasını və icrasını təmin etmək;
- Data analitikası əsasında satış həcmlərinin və gəlirliliyin artırılması üzrə tədbirlər hazırlamaq;
- Satış, marketinq, logistika və tədarük bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək.
- Meyvə-tərəvəz məhsullarının satış kanallarının inkişafını təmin etmək;
- Satış hədəflərinin icrasına nəzarət etmək.
Tələblər:
- Marketinq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Satış sahəsində minimum 5 il iş təcrübəsi;
- Minimum 3 il rəhbər vəzifədə təcrübə;
- Aqrar sektor və ya meyvə-tərəvəz məhsullarının satışı üzrə təcrübə üstünlükdür;
- Satış planlaması və data analitikası bacarıqları;
- MS Excel və hesabatlılıq alətləri ilə işləmə bacarığı;
- Güclü ünsiyyət, təqdimat və liderlik bacarıqları;
- Azərbaycan dilində sərbəst, ingilis dilində işgüzar səviyyədə bilik.
İş rejimi:
- 5 günlük iş qrafiki;
- İş saatı 09:00-18:00.
CV-lərinizi mövzu hissəsində “Satış şöbəsinin müdiri” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!