Satış bacarığınız var və mebel sahəsində işləmək istəyirsiniz? O zaman bu fürsət sizin üçündür!
Komandamıza Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Fizuli, Beyləqan, Ağdam, Cəbrayıl üzrə satışları həyata keçirəcək peşəkar Satış təmsilçisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Şirkətin mebel məhsullarının Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Fizuli, Beyləqan, Ağdam, Cəbrayıl rayonları üzrə satışını təşkil etmək;
- Yeni müştərilərin cəlb olunması və mövcud müştərilərlə davamlı əlaqələrin qurulması;
- Satış planlarının yerinə yetirilməsi və aylıq hesabatların təqdim edilməsi;
- Məhsulların təqdimatı və sifariş prosesinin idarə olunması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və bazar ehtiyaclarının təhlili.
Namizəddən tələblər:
- Mebel satışında və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
- Satış bacarıqları və müştəri ilə effektiv ünsiyyət qurmaq bacarığı;
- Qeyd olunan ərazilərdə sərbəst hərəkət imkanı;
- Məsuliyyətli, ünsiyyətcil və nəticəyə fokuslanmış olmaq;
- Komandada işləmək və müstəqil qərar vermək bacarığı.
Əlavə məlumatlar:
- İş yeri: Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Füzuli, Beyləqan, Ağdam, Cəbrayıl rayonlarından biri
- İş qrafiki: 6 günlük iş (Bazar günü istirahət)
Əmək haqqı: 2000-2500 AZN (əmək haqqı fix və bonus hissədən ibarətdir)
Biz təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı və motivasiyaedici bonus sistemi;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- İşgüzar və dəstəkləyici komanda mühiti.
Müraciət üçün:
CV-nizi “Satış təmsilçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.