Vəzifələr:
- Korporativ müştərilərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi
- Şirkətin məhsullarının tanıdılması və satışının təşkili
- Yeni müştərilərin axtarılması və onlarla birbaşa əlaqənin qurulması
- Xidmət və məhsullar haqqında ətraflı məlumatın təqdim edilməsi
- Cari və potensial müştərilərə güclü arqumentlərlə məhsul və xidmətlərin təqdimatı və satışı
- Mövcud müştəri hesablarının idarə olunması, sifarişlərin qəbulu və yeni satış nöqtələrinin yaradılması məqsədilə gündəlik iş planının təşkili
- Müştəri rəyləri əsasında fəaliyyətin davamlı təkmilləşdirilməsi
Tələblər:
- Ali təhsil
- İstənilən sahədə minimum 1 il iş təcrübəsi
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları
- İngilis, Rus dili biliyi üstünlükdür.
- Microsoft Word, Excel, PowerPoint və Outlook proqramlarında sərbəst işləmə bacarığı
İş şəraiti
- İş yeri: Aeroport şosesi (Koroğlu metrosundan servis)
- İş qrafiki: 5/7 iş günü, saat 08:00 - 17:00
- Əməkhaqqı: 800 AZN (net)
- Əlavə şərtlər: Nahar və mobil nömrə şirkət tərəfindən təqdim olunur.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.