Vəzifə və öhdəliklər:
- Sənədlərin müəyyən edilmiş prosedurlara uyğun olaraq yoxlanılması, nömrələnib sistemə yüklənməsi;
- Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
- Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
- Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
- Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatının və nəzarətinin təşkil edilməsi;
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
Tələblər:
- Ali təhsil;
- Qeyd olunan sahədə azı 1-3 il iş təcrübəsi;
- Azərbaycan dili və Rus dili əla, İngilis dili ən azı orta səviyyədə bilməli;
- Yaş həddi: 24-35;
- MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.