İş yeri: Bakı şəhəri
İş qrafiki : Bazar ertəsi - Cümə
Əmək haqqı: Razılaşma yolu ilə.
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş standartlara uyğun olaraq və nəzərdə tutulmuş müddətlərdə audit yoxlamalarını yerinə yetirmək;
- Audit layihəsinin icrasında birbaşa məsul şəxs qismində fəaliyyət göstərmək.
- Audit prosedurlarınin hazirlanmasinda iştirak ;
- Maliyyə və əməliyyat risklərini, o cümlədən fırıldaqçılıq risk səviyyəsini aşkarlamaq;
- Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
- Audit nəticələrinin düzgün sənədləşdirilməsini təmin edən sübutları toplayaraq nəzərdən keçirmək.
- Maliyyə hesabatlarının qəbul olunmuş standartlara və/və ya Qrupun uçot/hesabatlılıq qaydalarına uyğun hazırlanmasını yoxlamaq
- Audit yoxlamasının əhatə dairəsini və yekun planın hazırlanmasında iştirak;
- Yoxlanılacaq sahə üzrə müvafiq sənədləri nəzərdən keçirmək, daxili qayda və prosedurlara uyğun formada hazırlanmasını yoxlamaq;
- Audit proseslərini sənədləşdirmək;
- Cari audit prosedurlarını qiymətləndirmək, lazım gəldikdə dəyişikliklər təklif etmək və prosedurları təkmilləşdirmək;
- Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmə
Namizədə tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- Müvafiq iş təcrübəsi: ən azı 2-3 il;
- Mühasibat uçotunun əsaslarını bilmək;
- 1C, Logo mühasibatlıq proqramları üzrə istifadəçı təcrübəsi arzu olunandır;
- Microsoft Excel, Misrosoft Word, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Analitik düşüncə bacarığı;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Komanda daxilində fəaliyyət göstərmək bacarığı;
- CIA 1 və ya ACCA F3, F5 olması üstünlükdür;
- Ölkə daxili ezamiyyələrə açıq olmalı.
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını qeyd edilmiş e-mail ünvanına 01.12.2024 cü il tarixinə qədər mövzu yerində “Senior Auditor” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.