İşəgötürən — Azad Ələt İqtisadi Zonasında yerləşən, neft sənayesi və neftservis sahəsi üçün avadanlıqların istehsalına yönəlmiş müasir istehsalat zavodunun yaradılması layihəsini həyata keçirən rezident şirkətdir.
Əsas vəzifələr:
- Əmək mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ətraf mühitin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət və təmin edilməsi;
- Daxili normativ sənədlərin (təlimatlar, prosedurlar, təlim proqramları, tədbirlər planları və s.) hazırlanması və tətbiqi;
- Peşə risklərinin qiymətləndirilməsi, əmək şəraitinin təhlili, istehsalat qəzaları və peşə xəstəliklərinin araşdırılması və müvafiq sənədləşmənin aparılması;
- Əmək mühafizəsi və ətraf mühitin mühafizəsi üzrə aylıq, illik və statistik hesabatların hazırlanaraq aidiyyəti dövlət nəzarət orqanlarına təqdim olunması;
- Ekoloji icazələrin (atmosferə emissiyalar, istehsalat tullantılarının daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi) alınmasının təşkili;
- Ətraf mühitin mühafizəsi üzrə tədbirlərin hazırlanması və icrasına nəzarət;
- Artırılmış təhlükə ilə əlaqəli işlərin təhlükəsiz şəkildə təşkili və yerinə yetirilməsinə nəzarət; müvafiq icazə vərəqələrinin razılaşdırılması və nəzarəti;
- Əmək mühafizəsi və sənaye təhlükəsizliyi üzrə attestasiyadan keçirmə komissiyalarının fəaliyyətində iştirak.
Namizədə tələblər:
- “Texnogen təhlükəsizlik” və ya müvafiq mühəndislik sahəsində ali təhsil; və ya hər hansı ali təhsil + əmək mühafizəsi üzrə peşəkar ixtisasartırma kurslarının keçilməsi;
- Əmək mühafizəsi və sənaye təhlükəsizliyi sahəsində qüvvədə olan attestasiyanın mövcudluğu;
- İstehsalat müəssisəsində bu sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Əmək mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi, ətraf mühitin qorunması, əmək və inzibati hüquq sahələrində Azərbaycan Respublikasının qanunvericiliyini dərindən bilmək;
- Dövlət nəzarəti və yoxlama orqanları ilə əməkdaşlıq təcrübəsi;
- Sənədlərlə işləmə bacarıqları (təlimatların və jurnalların tərtibi, qeydiyyatı, hesabatların hazırlanması);
- Azərbaycan və rus dillərini sərbəst bilmək (mütləqdir); ingilis dili biliyi üstünlük sayılır.
Təklif olunan şərtlər:
- İş yeri: Azad Ələt İqtisadi Zonasında yerləşən istehsalat zavodu;
- Məşğulluq: tam ştat, əmək müqaviləsi ilə rəsmiləşdirmə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən);
- Rəqabətqabiliyyətlidir, namizədin bilik və bacarıqları nəzərə alınmaqla müsahibə zamanı fərdi qaydada müəyyən olunur. Əlavə olaraq, mükafat sistemi tətbiq edilir.
- Korporativ tibbi sığorta;
- İş yerinə marşrut üzrə korporativ nəqliyyat;
- Naharla təmin olunma.
Müraciət qaydası:
CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu bölməsində vəzifənin adını “SƏTƏM üzrə aparıcı mütəxəssis” kimi qeyd etməyiniz mütləqdir.