C Company
  • 157

Company

Digər

SƏTƏM üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM üzrə aparıcı mütəxəssis

  • Deadline 28 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşəgötürən — Azad Ələt İqtisadi Zonasında yerləşən, neft sənayesi və neftservis sahəsi üçün avadanlıqların istehsalına yönəlmiş müasir istehsalat zavodunun yaradılması layihəsini həyata keçirən rezident şirkətdir.

Əsas vəzifələr:

  • Əmək mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ətraf mühitin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət və təmin edilməsi;
  • Daxili normativ sənədlərin (təlimatlar, prosedurlar, təlim proqramları, tədbirlər planları və s.) hazırlanması və tətbiqi;
  • Peşə risklərinin qiymətləndirilməsi, əmək şəraitinin təhlili, istehsalat qəzaları və peşə xəstəliklərinin araşdırılması və müvafiq sənədləşmənin aparılması;
  • Əmək mühafizəsi və ətraf mühitin mühafizəsi üzrə aylıq, illik və statistik hesabatların hazırlanaraq aidiyyəti dövlət nəzarət orqanlarına təqdim olunması;
  • Ekoloji icazələrin (atmosferə emissiyalar, istehsalat tullantılarının daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi) alınmasının təşkili;
  • Ətraf mühitin mühafizəsi üzrə tədbirlərin hazırlanması və icrasına nəzarət;
  • Artırılmış təhlükə ilə əlaqəli işlərin təhlükəsiz şəkildə təşkili və yerinə yetirilməsinə nəzarət; müvafiq icazə vərəqələrinin razılaşdırılması və nəzarəti;
  • Əmək mühafizəsi və sənaye təhlükəsizliyi üzrə attestasiyadan keçirmə komissiyalarının fəaliyyətində iştirak.

Namizədə tələblər:

  • “Texnogen təhlükəsizlik” və ya müvafiq mühəndislik sahəsində ali təhsil; və ya hər hansı ali təhsil + əmək mühafizəsi üzrə peşəkar ixtisasartırma kurslarının keçilməsi;
  • Əmək mühafizəsi və sənaye təhlükəsizliyi sahəsində qüvvədə olan attestasiyanın mövcudluğu;
  • İstehsalat müəssisəsində bu sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Əmək mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi, ətraf mühitin qorunması, əmək və inzibati hüquq sahələrində Azərbaycan Respublikasının qanunvericiliyini dərindən bilmək;
  • Dövlət nəzarəti və yoxlama orqanları ilə əməkdaşlıq təcrübəsi;
  • Sənədlərlə işləmə bacarıqları (təlimatların və jurnalların tərtibi, qeydiyyatı, hesabatların hazırlanması);
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (mütləqdir); ingilis dili biliyi üstünlük sayılır.

Təklif olunan şərtlər:

  • İş yeri: Azad Ələt İqtisadi Zonasında yerləşən istehsalat zavodu;
  • Məşğulluq: tam ştat, əmək müqaviləsi ilə rəsmiləşdirmə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən);
  • Rəqabətqabiliyyətlidir, namizədin bilik və bacarıqları nəzərə alınmaqla müsahibə zamanı fərdi qaydada müəyyən olunur. Əlavə olaraq, mükafat sistemi tətbiq edilir.
  • Korporativ tibbi sığorta;
  • İş yerinə marşrut üzrə korporativ nəqliyyat;
  • Naharla təmin olunma.

Müraciət qaydası:

CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu bölməsində vəzifənin adını “SƏTƏM üzrə aparıcı mütəxəssis” kimi qeyd etməyiniz mütləqdir.

  • Daily0
  • Weekly117
  • Monthly2408