İş yeri: Sumqayıt
Vəzifə öhdəlikləri:
- İstehsalat sahəsində əməyin təhlükəsizliyi qaydalarının icrasına nəzarət etmək;
- Sex və xətlərdə potensial riskləri analiz etmək, risk qiymətləndirmə hesabatları hazırlamaq;
- Qəzaların, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində profilaktik planlar hazırlamaq;
- İstehsalat avadanlıqları, ağır texnika və təhlükəli zonalar üçün Təhlükəsizlik Təlimatları tərtib etmək və işçilərə brifinqlər keçmək;
- Fövqəladə hallar üzrə təlimlərin (yanğın, təxliyə və s.) təşkili və koordinasiyasını həyata keçirmək;
- İstehsalat ərazisində fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə nəzarət etmək;
- Hadisə aktlarını tərtib etmək, statistika və aylıq hesabatları hazırlamaq.
Tələblər:
- Ali təhsil (Mühəndislik, Əməyin Təhlükəsizliyi, Ekologiya və ya əlaqəli sahə);
- İstehsalat və ya sənaye müəssisəsində SƏTƏM üzrə minimum 3-5 il təcrübə;
- Əməyin mühafizəsi üzrə normativ-hüquqi aktları yaxşı bilmək;
- Risk qiymətləndirmə, təlim keçirilməsi və hadisə araşdırması üzrə bacarıqlar;
- MS Office və hesabatlılıq alətləri ilə işləmə bacarığı;
- Komanda ilə işləmək və işçilərlə operativ əlaqə qurmaq bacarığı;
- Rus və İngilis dili bilikləri arzu olunandır.
Xüsusi bacarıqlar:
- Yüksək məsuliyyət və diqqətlilik;
- Operativ qərarvermə bacarığı;
- Nizam-intizam və tələbkarlıq;
İş şəraiti:
- İş qrafiki: 5 günlük;
- İş saatı: 08:00 – 17:00;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “SƏTƏM üzrə mühəndis” yazıb Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.