C Company
  • 383

Company

Other

SƏTƏM üzrə mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

SƏTƏM üzrə mühəndis

  • Истекает 13 ноябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Sumqayıt

Vəzifə öhdəlikləri:

  • İstehsalat sahəsində əməyin təhlükəsizliyi qaydalarının icrasına nəzarət etmək;
  • Sex və xətlərdə potensial riskləri analiz etmək, risk qiymətləndirmə hesabatları hazırlamaq;
  • Qəzaların, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində profilaktik planlar hazırlamaq;
  • İstehsalat avadanlıqları, ağır texnika və təhlükəli zonalar üçün Təhlükəsizlik Təlimatları tərtib etmək və işçilərə brifinqlər keçmək;
  • Fövqəladə hallar üzrə təlimlərin (yanğın, təxliyə və s.) təşkili və koordinasiyasını həyata keçirmək;
  • İstehsalat ərazisində fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə nəzarət etmək;
  • Hadisə aktlarını tərtib etmək, statistika və aylıq hesabatları hazırlamaq.

Tələblər:

  • Ali təhsil (Mühəndislik, Əməyin Təhlükəsizliyi, Ekologiya və ya əlaqəli sahə);
  • İstehsalat və ya sənaye müəssisəsində SƏTƏM üzrə minimum 3-5 il təcrübə;
  • Əməyin mühafizəsi üzrə normativ-hüquqi aktları yaxşı bilmək;
  • Risk qiymətləndirmə, təlim keçirilməsi və hadisə araşdırması üzrə bacarıqlar;
  • MS Office və hesabatlılıq alətləri ilə işləmə bacarığı;
  • Komanda ilə işləmək və işçilərlə operativ əlaqə qurmaq bacarığı;
  • Rus və İngilis dili bilikləri arzu olunandır.

Xüsusi bacarıqlar:

  • Yüksək məsuliyyət və diqqətlilik;
  • Operativ qərarvermə bacarığı;
  • Nizam-intizam və tələbkarlıq;

İş şəraiti: 

  • İş qrafiki: 5 günlük;
  • İş saatı:  08:00 – 17:00;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “SƏTƏM üzrə mühəndis” yazıb Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.

  • Daily0
  • Weekly227
  • Monthly1243