C Company
  • 398

Company

Digər

SƏTƏMM meneceri (qrup rəhbəri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏMM meneceri (qrup rəhbəri)

  • Deadline 13 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə:

  • Tikinti sahəsində əməyin təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək; 
  • SƏTƏMM siyasət və prosedurlarını hazırlamaq və tətbiq etmək; fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
  • Cəmiyyətdə sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil etmək və bu istiqamətdə rəhbərliyə təkliflər vermək;
  • Cəmiyyətdə xidmət göstərən podratçı/subpodratçı təşkilatlar tərəfindən sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi və yanğın təhlükəsizliyi sahələri üzrə işlərin təşkilinə və aparılmasına nəzarət etmək;
  • Aşkara çıxarılmış çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin işlənib-hazırlanmasında iştirak etməklə, bu barədə Cəmiyyətin Baş direktoruna məlumatlar vermək;
  • Risk qiymətləndirilməsi aparmaq və təhlükələrin qarşısını almaq; 
  • İşçilər üçün təhlükəsizlik təlimləri və maarifləndirmə sessiyaları keçirmək; 
  • Qəza və insidentlərin araşdırılmasını aparmaq, hesabatlar hazırlamaq; 
  • FHN və digər dövlət qurumlarının tələblərinə uyğunluğun təmin edilməsi; 
  • Tikinti sahəsində mütəmadi yoxlamalar (auditlər) həyata keçirmək; 
  • Fərdi mühafizə vasitələrinin (PPE) düzgün istifadəsinə nəzarət etmək ;
  • Ekoloji tələblərin (ətraf mühitin qorunması) yerinə yetirilməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil (Bakalavr dərəcəsi, SƏTƏMM sahəsi üzrə ali təhsil olması üstünlükdür); 
  • SƏTƏMM sahəsində minimum 5 il iş təcrübəsi (tikinti sahəsində olması vacibdir); 
  • Əməyin təhlükəsizliyi üzrə qanunvericiliyin yaxşı biliyi; 
  • Risklərin idarə olunması və təhlükəsizlik prosedurları üzrə təcrübə; 
  • MS Office proqramlarında işləmə bacarığı; 
  • Serifikatlarının olması üstünlükdür;
  • Analitik düşünmə və problem həll etmə bacarığı; 
  • Ezamiyyələrə hazır olmalı;
  • Komandada işləmək və liderlik qabiliyyəti;
  • Yaş həddi-30-50.

İş şəraiti:

  • İş rejimi: 6 günlük; 
  • İş yeri: Bakı şəhəri; 
  • Naharla təmin edilmə;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı: Bazar qiymətinə uyğun olaraq qarşılıqlı razılaşma əsasında.

Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin Müraciət Et düyməsində göstərilən elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily117
  • Weekly597
  • Monthly1690