Əmək haqqı: 2000-2500 AZN
Əsas Vəzifə Öhdəlikləri:
- İş sahələrində SƏTƏMM qaydalarına riayət olunmasına nəzarət etmək, gündəlik və həftəlik yoxlamalar (inspeksiyalar) aparmaq, aşkar edilmiş uyğunsuzluqları sənədləşdirmək və aradan qaldırılması üzrə tədbirlər görmək;
- İşə başlamazdan əvvəl risk qiymətləndirmələrinin hazırlanmasını təmin etmək və risklərin minimuma endirilməsi üçün preventiv tədbirlər həyata keçirmək;
- Yeni və mövcud əməkdaşlar üçün SƏTƏMM üzrə induksiya və dövri təlimlər təşkil etmək, işönü təlimatlandırma prosesinə nəzarət etmək;
- Bədbəxt hadisələri, insidentləri araşdırmaq, kök səbəbləri təhlil edərək müvafiq hesabatlar hazırlamaq və təkrarlanmanın qarşısının alınması üçün tədbirlər planı hazırlamaq;
- Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, həmçinin ISO 45001 və ISO 14001 beynəlxalq standartlarının tələblərinə uyğunluğunu təmin etmək, SƏTƏMM üzrə sənədlərin, jurnalların, təlimatların və planların düzgün aparılmasına nəzarət etmək;
- İşçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə vaxtında və düzgün təmin olunmasına, eləcə də həmin vasitələrin düzgün istifadəsinə nəzarət etmək.
Namizədə Tələblər:
- Ali təhsil (texniki və ya mühəndislik sahəsi üzrə təhsil üstünlükdür);
- SƏTƏMM sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Qüvvədə olan müvafiq sertifikatların olması (NEBOSH IGC və ya IOSH sertifikatlarının mövcudluğu üstünlük hesab olunur);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əməyin mühafizəsi ilə bağlı müddəalarını, texniki təhlükəsizlik normativlərini və ISO 45001 / ISO 14001 beynəlxalq standartlarının tələblərini bilmək;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili biliyinin olması üstünlükdür;
- İş prosesindən irəli gələn ezamiyyətlərdə iştirak etmək üçün səyahət məhdudiyyətinin olmaması;
- MS Office proqramları (Word, Excel, PowerPoint) ilə sərbəst işləmək bacarığı;
- Güclü kommunikasiya və liderlik bacarıqları, yüksək məsuliyyətlilik, prinsipiallıq, komandanı idarəetmə, çevik qərarvermə, analitik düşüncə və problem həll etmə bacarığı.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏMM üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan və ya vakansiya tələblərinə uyğun olmayan müraciətlər nəzərdən keçirilməyə bilər. Yalnız ilkin seçim mərhələsindən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.