Şəxsi sürücü

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şəxsi sürücü

  • Deadline 11 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İş yerinə vaxtında gəlmək, avtomobili təyin olunmuş yerdə saxlamaq və səlahiyyətli şəxsin göstərişi ilə gün ərzində avtomobili tələb olunan yerlərə sürmək. 
  • Avtomobilin normal fəaliyyətinin təmin olunması üçün vaxtında yanacaq tökmək, yağına və digər mayelərin norma daxilində olmasına nəzarət etmək;
  • Yol hərəkəti qaydalarını bilmək, bütün yol nişanlarının tələblərinə riayət etmək, yol hərəkətini tənzimləyən normativ aktlardakı dəyişiklikləri izləmək və xəbərdar olmaq;
  • Avtomobilin sükanı arxasında olarkən sərnişinlərin təhlükəsizliyini təmin etmək;
  • Avtomobildə olan əmlakın qorunmasını təmin etmək;
  • Avtomobilin qorunmasını təmin etmək, dayanacaqlarda park edərkən siqnalizasiyanı işlək vəziyyətdə saxlamaq, hərəkət və park zamanı bütün qapıların bağlı olduğuna əmin olmaq;
  • Avtomobilin gündəlik texniki vəziyyətinə nəzarət etmək, onu saz vəziyyətdə saxlamaq, nasazlıqların öz gücünə və ya ixtisaslaşmış texniki xidmət stansiyaları vasitəsilə vaxtında aradan qaldırılmasına nail olmaq;
  • Avtomobili təmiz saxlamaq;
  • Uzaq səfərlərə qabaqcadan hazırlaşmaq, yolların xəritələri ilə tanış olmaq, ən qısa və təhlükəsiz yolu seçmək;
  • Avtomobilin idarə olunmasına, diqqətin yayınmasına, iş qabiliyyətinə təsir edən dərman, ərzaq və mayelər qəbul etməmək;
  • Hesabatlılıq üçün lazımi sənədləri vaxtında mühasibatlığa təqdim etmək;
  • Rəhbərliyin tapşırıq və əmrlərini yerinə yetirmək;
  • Ona həvalə edilmiş avtomobilə diqqət və ehtiyatla yanaşmaq

Tələblər:

  •  Şəxsi/korporativ sürücü kimi minimum 5 il iş təcrübəsi;
  • Avtonəqliyyatın müvafiq növlərini idarə etmək hüququ verən rəsmi dövlət sənədinə malik olmalıdır.
  • Yol hərəkəti qaydalarını, avtomobilin, avadanlıq, mexanizm və aqreqatların texniki xarakteristikasını, onların təyinatını və onlara qulluğunu, nasazlığın aradan qaldırılması metod və üsullarını bilməlidir.
  • İşində ciddi , məsuliyyətli, diqqətli və kollektivdə işləmə bacarığı.

İş şəraiti:

  • İş rejimi: 6 günlük 
  • İş yeri: Baki şəhəri
  • Nahar qarşılanır
  • Əmək haqqı: 1200 AZN NET

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily120
  • Weekly158
  • Monthly742