Vəzifə öhdəlikləri:
- İş yerinə vaxtında gəlmək, avtomobili təyin olunmuş yerdə saxlamaq və səlahiyyətli şəxsin göstərişi ilə gün ərzində avtomobili tələb olunan yerlərə sürmək.
- Avtomobilin normal fəaliyyətinin təmin olunması üçün vaxtında yanacaq tökmək, yağına və digər mayelərin norma daxilində olmasına nəzarət etmək;
- Yol hərəkəti qaydalarını bilmək, bütün yol nişanlarının tələblərinə riayət etmək, yol hərəkətini tənzimləyən normativ aktlardakı dəyişiklikləri izləmək və xəbərdar olmaq;
- Avtomobilin sükanı arxasında olarkən sərnişinlərin təhlükəsizliyini təmin etmək;
- Avtomobildə olan əmlakın qorunmasını təmin etmək;
- Avtomobilin qorunmasını təmin etmək, dayanacaqlarda park edərkən siqnalizasiyanı işlək vəziyyətdə saxlamaq, hərəkət və park zamanı bütün qapıların bağlı olduğuna əmin olmaq;
- Avtomobilin gündəlik texniki vəziyyətinə nəzarət etmək, onu saz vəziyyətdə saxlamaq, nasazlıqların öz gücünə və ya ixtisaslaşmış texniki xidmət stansiyaları vasitəsilə vaxtında aradan qaldırılmasına nail olmaq;
- Avtomobili təmiz saxlamaq;
- Uzaq səfərlərə qabaqcadan hazırlaşmaq, yolların xəritələri ilə tanış olmaq, ən qısa və təhlükəsiz yolu seçmək;
- Avtomobilin idarə olunmasına, diqqətin yayınmasına, iş qabiliyyətinə təsir edən dərman, ərzaq və mayelər qəbul etməmək;
- Hesabatlılıq üçün lazımi sənədləri vaxtında mühasibatlığa təqdim etmək;
- Rəhbərliyin tapşırıq və əmrlərini yerinə yetirmək;
- Ona həvalə edilmiş avtomobilə diqqət və ehtiyatla yanaşmaq
Tələblər:
- Şəxsi/korporativ sürücü kimi minimum 5 il iş təcrübəsi;
- Avtonəqliyyatın müvafiq növlərini idarə etmək hüququ verən rəsmi dövlət sənədinə malik olmalıdır.
- Yol hərəkəti qaydalarını, avtomobilin, avadanlıq, mexanizm və aqreqatların texniki xarakteristikasını, onların təyinatını və onlara qulluğunu, nasazlığın aradan qaldırılması metod və üsullarını bilməlidir.
- İşində ciddi , məsuliyyətli, diqqətli və kollektivdə işləmə bacarığı.
İş şəraiti:
- İş rejimi: 6 günlük
- İş yeri: Baki şəhəri
- Nahar qarşılanır
- Əmək haqqı: 1200 AZN NET
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.