Tabeçilik: İnvestisiya Layihələri Departamentinin Vitse Prezidenti
Tələblər:
- Ali təhsil (mühəndis kimi).
- Müvafiq sahə üzrə smeta mühəndisi kimi minimum 5 il iş təcrübəsi.
- Excel, Power Point və AUTOCAD üzrə biliklər
- İstehsalat sahəsində təcrübə mütləqdir.
İş şərtləri:
- İş qrafiki: 6 günlük
- İş saatları: 09:00-18:00;
- Rəqabətə davamlı əmək haqqı.
Əmək funksiyaları:
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcədə işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
- Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları iləbirlikdə titul siyahılarını işləyib hazırlanması;
- Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
- Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qruplaşmalarını yaratmaq;
- Tikintidə istifadə olunacaq materialların smeta və norma qaydalarına uyğun istifadəsi və silinməsi proseslərinə 1C 8.3 proqramı vasitəsilə nəzarətin edilməsi;
- Hazırlanmış smetaya uyğun olaraq tikinti sahəsində birbaşa texniki nəzarətin həyata keçirilməsi;
- Müxtəlif tikinti-quraşdırma və təmir işlərinin səmərəli və optimalqiymətə yerinə yetirilməsi üçün təkliflərinverilməsi;
- Ümumtikinti, təmir, MEP (elektrik quraşdırma, sanitar texniki,su təhcizatı, kanalizasiya) işləri üçün verilmiş layihələr əsasında material, iş həcmlərinin analizi və detallı smetaların tərtib edilməsi;
Tələblərə uyğun namizədlər elektron poçt ünvanına “CV” göndərərək, müraciət edə bilər.