Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media kanallarının idarə olunması və inkişaf etdirilməsi
- Ödənişli reklam kampaniyalarının hazırlanması, idarə edilməsi və nəticələrinin təhlili
- Doğru auditoriyanın seçilməsi və hədəflənməsi
- Kontentin (post, storilər, reels) hazırlanması və paylaşılması
- Quru təmizləməyə daxil olan geyimlərin foto və video çəkilişlərinin aparılması
- Brend imicinə uyğun kreativ yanaşma ilə izləyici artımının təmin edilməsi
Tələblər:
- Sosial media sahəsində minimum 1 il iş təcrübəsi
- Facebook Ads, Instagram Ads və digər reklam platformalarında işləmə bacarığı
- Kreativ və analitik düşüncə tərzi
- Foto və video kontentlə işləmə bacarığı (post, storilər, reels)
- Məsuliyyətli, operativ və təşəbbüskar olmaq
İş şəraiti:
- Tam iş günü (Bazar ertəsi – Cümə, 09:00–18:00)
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
- Peşəkar və inkişaf yönümlü iş mühiti
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına və +994 51 722 31 10 (whatsapp) nömrəsinə göndərə bilərlər.