İş haqqında
- İdman sahəsində fəaliyyət göstərən təşkilat üçün 2 aylıq layihə əsaslı əməkdaşlıq çərçivəsində SMM üzrə rəhbər axtarılır.
Qeyd: Layihə müddəti ərzində yüksək nəticə göstərən namizəd üçün əməkdaşlığın daimi əsaslarla davam etdirilməsi imkanı mövcüddur.
Vəzifə öhdəlikləri
- Sosial media üzrə strategiyanın, kontent planının hazırlanması və istiqamətinin ümumi idarə olunması;
- Instagram, Facebook, Youtube, TikTok, LinkedIn və digər platformalarının idarə olunmasına nəzarət;
- Kreativ ideyaların, kampaniyaların, eləcə də post, Story və Reels kontentlərinin hazırlanması və təsdiqlənməsi;
- Təşkilatın rəsmi veb-saytında müvafiq kontentin hazırlanması, yerləşdirilməsi və mütəmadi yenilənməsinin təmin edilməsi;
- Yarış, tədbir və foto/ video çəkilişləri ilə bağlı sosial media kommunikasiya fəaliyyətlərinin planlaşdırılması və koordinasiyası;
- Sosial media reklamlarının planlaşdırılması, büdcələnməsi və idarə olunması;
- Sosial media trendlərinin və auditoriya davranışlarının izlənilməsi;
- Sosial media göstəricilərinin monitorinqi, təhlili, nəticələr əsasında təkmilləşdirmələrin aparılması və dövrü hesabatlarının hazırlanması.
- Rəhbərliklə birbaşa işləmək və layihə ilə bağlı SMM tapşırıqlarını operativ şəkildə icra etmək.
Tələblər
- SMM, marketinq, kommunikasiya və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
- Sosial media strategiyasının hazırlanması, həyata keçirilməsi və sosial media platformalarının (Instagram, Facebook, TikTok və s.) peşəkar idarə olunması təcrübəsi;
- Junior əməkdaşdaşların koordinasiyası və iş bölgüsünün aparılması üzrə bacarıq;
- Kreativ kontent və kampaniya ideyaları hazırlamaq, güclü copywriting və vizual alətlərlə (Canva, CapCut və s.) işləmək bacarığı;
- Meta Business Suite / Ads Manager ilə işləmək və SMM analitikası (KPI göstəriciləri) əsasında təhlillər aparmaq bacarığı;
- Azərbaycan və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
- Sürətli tempdə və qısa müddətli layihə çərçivəsində işləmək bacarığı, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik.
Biz nə təklif edirik
- 2 aylıq layihə əsaslı əməkdaşlıq;
- Böyükmiqyaslı idman yarışının SMM fəaliyyətlərinə rəhbərlik etmək imkanı;
- Dinamik və kreativ iş mühiti;
- Rəhbərliklə birbaşa işləmək imkanı;
- Peşəkar inkişaf və uğurlu fəaliyyət göstərildiyi təqdirdə təşkilatın daimi heyətinə qoşulmaq imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.