SMM üzrə rəhbər (SMM Lead)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SMM üzrə rəhbər (SMM Lead)

  • Deadline 3 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş haqqında

  • İdman sahəsində fəaliyyət göstərən təşkilat üçün 2 aylıq layihə əsaslı əməkdaşlıq çərçivəsində SMM üzrə rəhbər axtarılır.

Qeyd: Layihə müddəti ərzində yüksək nəticə göstərən namizəd üçün əməkdaşlığın daimi əsaslarla davam etdirilməsi imkanı mövcüddur.

Vəzifə öhdəlikləri

  • Sosial media üzrə strategiyanın, kontent planının hazırlanması və istiqamətinin ümumi idarə olunması;
  • ⁠Instagram, Facebook, Youtube, TikTok, LinkedIn və digər platformalarının idarə olunmasına nəzarət;
  • Kreativ ideyaların, kampaniyaların, eləcə də post, Story və Reels kontentlərinin hazırlanması və təsdiqlənməsi;
  • Təşkilatın rəsmi veb-saytında müvafiq kontentin hazırlanması, yerləşdirilməsi və mütəmadi yenilənməsinin təmin edilməsi;
  • Yarış, tədbir və foto/ video çəkilişləri ilə bağlı sosial media kommunikasiya fəaliyyətlərinin planlaşdırılması və koordinasiyası;
  • Sosial media reklamlarının planlaşdırılması, büdcələnməsi və idarə olunması;
  • Sosial media trendlərinin və auditoriya davranışlarının izlənilməsi;
  • Sosial media göstəricilərinin monitorinqi, təhlili, nəticələr əsasında təkmilləşdirmələrin aparılması və dövrü hesabatlarının hazırlanması.
  • Rəhbərliklə birbaşa işləmək və layihə ilə bağlı SMM tapşırıqlarını operativ şəkildə icra etmək.

Tələblər

  • SMM, marketinq, kommunikasiya və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
  • Sosial media strategiyasının hazırlanması, həyata keçirilməsi və sosial media platformalarının (Instagram, Facebook, TikTok və s.) peşəkar idarə olunması təcrübəsi;
  • Junior əməkdaşdaşların koordinasiyası və iş bölgüsünün aparılması üzrə bacarıq;
  • Kreativ kontent və kampaniya ideyaları hazırlamaq, güclü copywriting və vizual alətlərlə (Canva, CapCut və s.) işləmək bacarığı;
  • Meta Business Suite / Ads Manager ilə işləmək və SMM analitikası (KPI göstəriciləri) əsasında təhlillər aparmaq bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
  • Sürətli tempdə və qısa müddətli layihə çərçivəsində işləmək bacarığı, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik.

Biz nə təklif edirik

  • 2 aylıq layihə əsaslı əməkdaşlıq;
  • Böyükmiqyaslı idman yarışının SMM fəaliyyətlərinə rəhbərlik etmək imkanı;
  • Dinamik və kreativ iş mühiti;
  • Rəhbərliklə birbaşa işləmək imkanı;
  • Peşəkar inkişaf və uğurlu fəaliyyət göstərildiyi təqdirdə təşkilatın daimi heyətinə qoşulmaq imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily103
  • Weekly530
  • Monthly2285