Biz kimik?
Biz müştərilərimizin məmnuniyyətini prioritet hesab edən, xidmət keyfiyyəti ilə seçilən bir şirkətik. Sosial mediada artan istifadəçi bazamızı daha effektiv şəkildə idarə etmək və müştərilərimizin suallarına vaxtında cavab vermək üçün komandamıza yeni üzv axtarırıq!
Vəzifə öhdəlikləri:
- Sosial media hesablarına daxil olan mesajların və şərhlərin cavablandırılması;
- Müştəri sorğularının operativ və nəzakətli şəkildə həll olunması;
- Lazım olduqda, müraciətləri müvafiq şöbəyə yönləndirmək və izləmək;
- Şirkətin təqdim etdiyi xidmət və məhsullarla bağlı məlumatların düzgün ötürülməsi;
- Müştəri məlumatlarını müvafiq sistemdə qeyd etmək.
Namizədə tələblər:
- Minimum 1 il iş təcrübəsi olan xanım;
- Sosial media platformaları ilə işləmək təcrübəsi (Facebook, Instagram, TikTok və s.);
- Yazılı ünsiyyət bacarığı və nəzakətli ifadə tərzi;
- Məsuliyyətli, dəqiq və sürətli iş vərdişi;
- Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı (Rus və ya İngilis dili bilikləri üstünlükdür);
- Müştəri yönümlü düşüncə və həssaslıq.
İş şərtləri:
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı + bonus;
Müraciət:
- Uyğun namizədlər mövzu hissəsində “Sosial Media Cavablandırma Mütəxəssisi” qeyd etməklə CV-lərini Müraciət Et bölməsində yerləşən link-ə göndərə bilərlər.