Beynəlxalq otelçilik sektorunda karyera qurmaq istəyirsiniz? Komandamıza peşəkar və qonaq məmnuniyyətinə önəm verən Spa Terapisti axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müxtəlif növ spa və masaj prosedurlarını peşəkar şəkildə icra etmək;
- Qonaqlara yüksək səviyyədə xidmət göstərmək və onların rahatlığını təmin etmək;
- Spa otaqlarının və avadanlıqların təmizliyini və hazırlığını nəzarətdə saxlamaq;
- Gigiyena və təhlükəsizlik standartlarına riayət etmək;
- Qonaqlara spa xidmətləri və məhsulları barədə düzgün məlumat vermək.
Tələblər:
- Spa terapevti və ya masaj sahəsində iş təcrübəsi;
- Müvafiq sertifikatın olması üstünlükdür;
- Ünsiyyət bacarığı və xidmət yönümlü yanaşma;
- Məsuliyyətli, gülərüz və komanda ilə işləmə bacarığı;
- Beynəlxalq otel mühitində işləməyə həvəsli olmaq.
Təklif edirik:
- 550 AZN NET əməkhaqqı;
- Həftənin 5 iş günü;
- Şirkət tərəfindən nahar və uniforma ilə təmin olunma;
- Beynəlxalq otel sektorunda karyera və inkişaf imkanları;
- Peşəkar və dinamik iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.