Strateji Satış Partnyoru

  • Deadline 17 Avqust 2026

Kənd təsərrüfatı, sənaye və açar təslim layihələr sahəsində fəaliyyət göstərən şirkət Hazırda biznes əlaqələri geniş olan peşəkar şəxslərlə uzunmüddətli əməkdaşlıq qurmaq məqsədilə *Strateji Satış Partnyoru* axtarır.

Vəzifə öhdəlikləri

  • Yeni müştərilərin və layihələrin müəyyən edilməsi;
  • Potensial müştərilər və qərarverici şəxslərlə tanışlığın yaradılması;
  • Görüşlərin təşkilində və ilkin əlaqələrin qurulmasında iştirak;
  • Şirkətin məhsul və xidmətlərinin təqdim edilməsinə dəstək;
  • Uzunmüddətli biznes münasibətlərinin formalaşdırılması.

Namizədə tələblər

  • Kənd təsərrüfatı, sənaye, tikinti və ya B2B satış sahəsində təcrübə;
  • Azərbaycanda geniş işgüzar əlaqələrə malik olmaq;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Müstəqil işləmək və nəticəyönümlü yanaşma;
  • Sahibkar, rəhbər və ya qərarverici şəxslərlə işləmək təcrübəsi üstünlük hesab olunur.

Təklif edirik

  • Uğurlu satış və layihələr üzrə yüksək komissiya;
  • Sərbəst iş qrafiki;
  • Ofisdə daimi iştirak tələbi yoxdur;
  • Uzunmüddətli əməkdaşlıq imkanı;
  • Böyük həcmli layihələrdə iştirak və yüksək gəlir potensialı.

Əmək haqqı: Yalnız nəticəyə əsaslanan komissiya sistemi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily112
  • Weekly595
  • Monthly1659