Kənd təsərrüfatı, sənaye və açar təslim layihələr sahəsində fəaliyyət göstərən şirkət Hazırda biznes əlaqələri geniş olan peşəkar şəxslərlə uzunmüddətli əməkdaşlıq qurmaq məqsədilə *Strateji Satış Partnyoru* axtarır.
Vəzifə öhdəlikləri
- Yeni müştərilərin və layihələrin müəyyən edilməsi;
- Potensial müştərilər və qərarverici şəxslərlə tanışlığın yaradılması;
- Görüşlərin təşkilində və ilkin əlaqələrin qurulmasında iştirak;
- Şirkətin məhsul və xidmətlərinin təqdim edilməsinə dəstək;
- Uzunmüddətli biznes münasibətlərinin formalaşdırılması.
Namizədə tələblər
- Kənd təsərrüfatı, sənaye, tikinti və ya B2B satış sahəsində təcrübə;
- Azərbaycanda geniş işgüzar əlaqələrə malik olmaq;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Müstəqil işləmək və nəticəyönümlü yanaşma;
- Sahibkar, rəhbər və ya qərarverici şəxslərlə işləmək təcrübəsi üstünlük hesab olunur.
Təklif edirik
- Uğurlu satış və layihələr üzrə yüksək komissiya;
- Sərbəst iş qrafiki;
- Ofisdə daimi iştirak tələbi yoxdur;
- Uzunmüddətli əməkdaşlıq imkanı;
- Böyük həcmli layihələrdə iştirak və yüksək gəlir potensialı.
Əmək haqqı: Yalnız nəticəyə əsaslanan komissiya sistemi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.