Sürücü

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sürücü

  • Deadline 23 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan bilik, bacarıq və kvalifikasiyalar

  • D kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir;
  • Sürücü vəzifəsində minimum 5 il iş təcrübəsi;
  • Böyük şirkətlərdə və korporativ mühitdə sürücü kimi iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Rəhbər şəxslərin və şirkət əməkdaşlarının daşınması üzrə təcrübə;
  • Yol hərəkəti qaydalarını və təhlükəsiz sürücülük prinsiplərini yüksək səviyyədə bilmək;
  • Avtomobilin texniki vəziyyətinə ilkin nəzarət etmək bacarığı;
  • Məsuliyyətli, intizamlı, punktual və etik davranış qaydalarına riayət edən olmaq;
  • Məxfilik və konfidensiallıq prinsiplərinə riayət etmək;
  • Əvvəlki iş yerlərindən müsbət referansların təqdim edilməsi üstünlük hesab olunur.

Əsas vəzifə və öhdəliklər

  • Şirkət əməkdaşlarının avtobusla işə gediş-gəlişinin və müəyyən edilmiş marşrutlar üzrə daşınmasının təmin edilməsi;
  • Zərurət yarandıqda şirkətə məxsus minik avtomobilini idarə edərək rəhbər şəxslərin, əməkdaşların və qonaqların daşınması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqlar əsasında şəhərdaxili və şəhərlərarası səfərlərin həyata keçirilməsi;
  • Sərnişinlərin təhlükəsizliyini təmin etmək və yol hərəkəti qaydalarına ciddi riayət etmək;
  • Təyin edilmiş marşrut və iş qrafikinə uyğun olaraq vaxtında hərəkət etmək;
  • Avtobus və minik avtomobillərinin texniki vəziyyətinə, təmizliyinə və düzgün istismarına nəzarət etmək;
  • Avtomobillərin gündəlik texniki yoxlamasını aparmaq, nasazlıqlar barədə vaxtında rəhbərliyə məlumat vermək;
  • Yanacaq sərfiyyatına, yürüş göstəricilərinə və avtomobillərin texniki xidmət ehtiyaclarına nəzarət etmək;
  • Avtomobillərin texniki baxış və servis xidmətlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
  • Yol-nəqliyyat hadisəsi, avtomobil nasazlığı və digər fövqəladə hallar zamanı müvafiq prosedurlara uyğun davranmaq və rəhbərliyə məlumat vermək;
  • Şirkətin nəqliyyat vasitələrindən yalnız xidməti məqsədlər üçün və təyin edilmiş qaydada istifadə etmək;
  • Sərnişinlərlə nəzakətli davranmaq, şirkətin imicini və etik davranış standartlarını qorumaq;
  • Xidməti səfərlər zamanı məxfilik və konfidensiallıq prinsiplərinə riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly89
  • Monthly1567