Tələb olunan bilik, bacarıq və kvalifikasiyalar
- D kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir;
- Sürücü vəzifəsində minimum 5 il iş təcrübəsi;
- Böyük şirkətlərdə və korporativ mühitdə sürücü kimi iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Rəhbər şəxslərin və şirkət əməkdaşlarının daşınması üzrə təcrübə;
- Yol hərəkəti qaydalarını və təhlükəsiz sürücülük prinsiplərini yüksək səviyyədə bilmək;
- Avtomobilin texniki vəziyyətinə ilkin nəzarət etmək bacarığı;
- Məsuliyyətli, intizamlı, punktual və etik davranış qaydalarına riayət edən olmaq;
- Məxfilik və konfidensiallıq prinsiplərinə riayət etmək;
- Əvvəlki iş yerlərindən müsbət referansların təqdim edilməsi üstünlük hesab olunur.
Əsas vəzifə və öhdəliklər
- Şirkət əməkdaşlarının avtobusla işə gediş-gəlişinin və müəyyən edilmiş marşrutlar üzrə daşınmasının təmin edilməsi;
- Zərurət yarandıqda şirkətə məxsus minik avtomobilini idarə edərək rəhbər şəxslərin, əməkdaşların və qonaqların daşınması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqlar əsasında şəhərdaxili və şəhərlərarası səfərlərin həyata keçirilməsi;
- Sərnişinlərin təhlükəsizliyini təmin etmək və yol hərəkəti qaydalarına ciddi riayət etmək;
- Təyin edilmiş marşrut və iş qrafikinə uyğun olaraq vaxtında hərəkət etmək;
- Avtobus və minik avtomobillərinin texniki vəziyyətinə, təmizliyinə və düzgün istismarına nəzarət etmək;
- Avtomobillərin gündəlik texniki yoxlamasını aparmaq, nasazlıqlar barədə vaxtında rəhbərliyə məlumat vermək;
- Yanacaq sərfiyyatına, yürüş göstəricilərinə və avtomobillərin texniki xidmət ehtiyaclarına nəzarət etmək;
- Avtomobillərin texniki baxış və servis xidmətlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
- Yol-nəqliyyat hadisəsi, avtomobil nasazlığı və digər fövqəladə hallar zamanı müvafiq prosedurlara uyğun davranmaq və rəhbərliyə məlumat vermək;
- Şirkətin nəqliyyat vasitələrindən yalnız xidməti məqsədlər üçün və təyin edilmiş qaydada istifadə etmək;
- Sərnişinlərlə nəzakətli davranmaq, şirkətin imicini və etik davranış standartlarını qorumaq;
- Xidməti səfərlər zamanı məxfilik və konfidensiallıq prinsiplərinə riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.