Təsvir:
- Pivot suvarma sistemlərinə aid olan bütün iş funkisyaları
- Bölmə rəhbərinin təlimatına uyğun suvarma qurğularını işə hazırlamaq, Elektrik panelindəki elektrik açarların yoxlanması, nasosların üzərindəki manometrlərin işlək olmasını yoxlamaq, iş bitdikdən sonra nasosxana binasındakı bütün elektrik açarlarının söndürülməsini təmin etmək;
- Nasosların yerləşdiyi quyularda su sızıntısının olmamasına nəzarət etmək, sahələrdə yerləşən kran qruplarının hamısının açıq olmasına əmin olmalı;
- Sahə və aparıcı aqronomların verdiyi aqronomik proqrama uyğun suvarmanı həyata keçirmək;
- Suvarma qurğularının hərəkətinə nəzarət etmək, yaranmış nasazlıqları qısa müddətdə aradan qaldırmasında iştirak etmək;
- Suvarma qurğularının iş saatları, suvarma norması və elektrik sərfiyyatının gündəlik qeydiyyatını aparmaq;
- Su hovuzunda yetərli həcmdə suvarma suyunun yığılmasına nəzarət etmək; bu barədə mütəmadi olaraq aidiyyatı struktur bölməyə məlumat vermək;
- Suvarma prosesi zamanı əsas kontrollerdə normadan artıq su axıntısı olarsa, bu barədə dərhal suvarma mütəxəssislərini məlumatlandırmaq;
- Suvarma qurğularına təlimata uyğun texniki qulluq işlərini icra etmək;
- Nasosxanalarda iş prosesində əməyin təhlükəsizliyi, sanitar-gigiyena şəraitinə, yanğın təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirir.
Tələblər:
- Təhsil - Ali
- Təcrübə - 3 ildən yuxarı
- Komputer bilikləri (pivot sahəsi üzrə ) - Tələb olunur
- Suvarma və mexaniki qurğulardan istifadə bacarığı
- Elektrik cihazlarının təhlükəsiz istismar qaydalarını bilməlidir
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməlidir.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Suvarma mühəndisi” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.