İş şəraiti:
- İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir;
- İş vaxtı: 6 tam iş günü;
- Maaş: 1500 – 2000 AZN (namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq).
Namizəddən gözlənilən tələblər:
Təcrübə:
- Minimum 5 illik təcrübə — sosial media platformalarında hədəflənmiş reklamların qurulması və idarəsi sahəsində (Facebook, Instagram,TikTok, Linkedln, Google Ads və digər platformalar);
- Rəhbərlik təcrübəsi üstünlük sayılır.
Bilik və bacarıqlar:
- Sosial şəbəkələrdə reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin izlənməsi;
- Reklam performanslarının təhlili və onların effektivliyinin artırılması üçün strategiya qurmaq bacarığı;
- Google Analytics, Yandex.Metrika kimi analitik alətlərlə peşəkar səviyyədə işləmə qabiliyyəti;
- Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı;
- Rəqəmsal reklam planlaşdırmasında analitik və strateji yanaşma;
- Dəqiqlik, məsuliyyət və müəyyən olunmuş vaxt çərçivəsinə riayət etmə;
- Komanda ilə səmərəli ünsiyyət və əməkdaşlıq bacarığı.
Əsas vəzifə funksiyaları:
- Reklam kampaniyalarının təşkili və idarəsi:
- Facebook, Instagram, TikTok, Linkedln, Google Ads və s. platformalarda reklam strategiyalarının hazırlanması və tətbiqi;
- Auditoriya analizi əsasında reklamların qurulması, test edilməsi və optimallaşdırılması;
- Gündəlik və aylıq performans izləmələri və nəticələrə uyğun qərarların verilməsi;
- Şirkətin təqdim etdiyi məhsul və xidmətin real hədəf kütləsini düzgün müəyyən edib, sosial şəbəkələrdə targetlerinin geri dönüşlərini maksimuma çatdırmaq;
- Müəyyən olunan hədəf kütləsinin maksimum marağını cəlb etmək üçün kontentlərin yaradılmasında iştirak etmək;
- Marketinq Platformaları üzrə biliklər: Google Analytics, Yandex Metrica, Google Ads, Remarketing Tools.
Analitik işlər və optimallaşdırma:
- Reklam büdcəsinin səmərəli istifadəsi və yüksək ROI üçün optimallaşdırma işlərinin icrası;
- A/B testləri, hədəf qruplarının bölünməsi və digər metodlarla effektivliyin artırılması.
- Hesabatların hazırlanması:
- Həyata keçirilmiş kampaniyaların nəticələri əsasında aylıq, rüblük və layihəyə əsaslanan hesabatların hazırlanması;
- Toplanan məlumatlar əsasında strateji təkliflərin verilməsi və təqdimatların hazırlanması,trendlərin izlənilib, işlənməsini təmin etmək.
Müraciət qaydası:
Əgər yuxarıda göstərilən kriteriyalara uyğun olduğunu düşünürsənsə, zəhmət olmasa CV və varsa portfolionu / keçmiş layihələrin nümunələrini “Targetoloq” başlığı ilə Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndər.
Qeyd:
Yalnız tələblərə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. CV-ni strukturlaşdırılmış və portfolionla birlikdə təqdim etməyin tövsiyə olunur.