C Company
  • 636

Company

Other

Targetoloq

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Targetoloq

  • Истекает 25 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti:

  • İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir;
  • İş vaxtı: 6 tam iş günü;
  • Maaş: 1500 – 2000 AZN (namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq).

Namizəddən gözlənilən tələblər:
Təcrübə:

  • Minimum 5 illik təcrübə — sosial media platformalarında hədəflənmiş reklamların qurulması və idarəsi sahəsində (Facebook, Instagram,TikTok, Linkedln, Google Ads və digər platformalar);
  • Rəhbərlik təcrübəsi üstünlük sayılır.

Bilik və bacarıqlar:

  • Sosial şəbəkələrdə reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin izlənməsi;
  • Reklam performanslarının təhlili və onların effektivliyinin artırılması üçün strategiya qurmaq bacarığı;
  • Google Analytics, Yandex.Metrika kimi analitik alətlərlə peşəkar səviyyədə işləmə qabiliyyəti;
  • Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı;
  • Rəqəmsal reklam planlaşdırmasında analitik və strateji yanaşma;
  • Dəqiqlik, məsuliyyət və müəyyən olunmuş vaxt çərçivəsinə riayət etmə;
  • Komanda ilə səmərəli ünsiyyət və əməkdaşlıq bacarığı.

Əsas vəzifə funksiyaları:

  • Reklam kampaniyalarının təşkili və idarəsi:
  • Facebook, Instagram, TikTok, Linkedln, Google Ads və s. platformalarda reklam strategiyalarının hazırlanması və tətbiqi;
  • Auditoriya analizi əsasında reklamların qurulması, test edilməsi və optimallaşdırılması;
  • Gündəlik və aylıq performans izləmələri və nəticələrə uyğun qərarların verilməsi;
  • Şirkətin təqdim etdiyi məhsul və xidmətin real hədəf kütləsini düzgün müəyyən edib, sosial şəbəkələrdə targetlerinin geri dönüşlərini maksimuma çatdırmaq;
  • Müəyyən olunan hədəf kütləsinin maksimum marağını cəlb etmək üçün kontentlərin yaradılmasında iştirak etmək;
  • Marketinq Platformaları üzrə biliklər: Google Analytics, Yandex Metrica, Google Ads, Remarketing Tools.

Analitik işlər və optimallaşdırma:

  • Reklam büdcəsinin səmərəli istifadəsi və yüksək ROI üçün optimallaşdırma işlərinin icrası;
  • A/B testləri, hədəf qruplarının bölünməsi və digər metodlarla effektivliyin artırılması.
  • Hesabatların hazırlanması:
  • Həyata keçirilmiş kampaniyaların nəticələri əsasında aylıq, rüblük və layihəyə əsaslanan hesabatların hazırlanması;
  • Toplanan məlumatlar əsasında strateji təkliflərin verilməsi və təqdimatların hazırlanması,trendlərin izlənilib, işlənməsini təmin etmək.

Müraciət qaydası:
Əgər yuxarıda göstərilən kriteriyalara uyğun olduğunu düşünürsənsə, zəhmət olmasa CV və varsa portfolionu / keçmiş layihələrin nümunələrini “Targetoloq” başlığı ilə Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndər.
Qeyd:
Yalnız tələblərə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. CV-ni strukturlaşdırılmış və portfolionla birlikdə təqdim etməyin tövsiyə olunur.

  • Daily23
  • Weekly707
  • Monthly2606