C Company
  • 212

Company

Digər

Təchizat üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təchizat üzrə mütəxəssis

  • Deadline 18 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İstehsalat və qida sahəsi üzrə “Təchizat üzrə mütəxəssis” vakansiyası elan edilir!

İş yeri – Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə elektron satınalmaları təşkil etmək və iştirakı təmin etmək;
  • Bazar qiymətlərini araşdırmaq, analiz etmək və tələbatı müəyyənləşdirmək;
  • Tender protokollarını hazırlamaq;
  • Satınalma ilə bağlı sənədləri, təqdimatları və hesabatlılığı hazırlamaq;
  • Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
  • Tender prosesində şirkəti təmsil etmək;
  • Şirkətin təşkil etmək istədiyi tenderin Əsas Şərtlər Toplusunun hazırlanması, meyarların müəyyən edilməsi. 
  • Tender prosesi zamanı zamanı müvafiq yazışmaların aparılması, daxil olan sualların vaxtında və düzgün cavablandırılmasını təmin etmək;
  • Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatları hazırlamaq;
  • Müştəri bazasını genişləndirmək;
  • Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirmək.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil;
  • Azərbaycan, rus/ingilis dillərini yüksək səviyyədə bilməli;
  • Müvafiq sahədə (Satınalmalar üzrə) 2-5 il iş təcrübəsi;
  • Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
  • Microsoft Office proqramlarından istifadə bacarığı (xüsusilə, Excel,Word);
  • Yüksək səviyyədə analitik düşünmə bacarığı və məsuliyyətli olması;
  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür (CİPS, CIPP)
  • Satınalmaların Təşkili və İdarə olunması barədə təcrübə.

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;
  • Analitik təhlil;
  • Dəqiqlik;
  • Gərgin iş qrafikinə uyğunlaşma bacarığı.

İş qrafiki:

  • 5 günlük iş rejimi (5 gün 09.00-18.00)
  • İstirahət günləri - şənbə və bazar

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Təchizat üzrə mütəxəssis” başlığı ilə göndərə bilər.

  • Daily145
  • Weekly305
  • Monthly1689