C Company

Company

Digər

Tədarük departamentinin direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tədarük departamentinin direktoru

  • Deadline 3 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Tədarük departamentinin direktoru” vakansiyası üzrə işçi axtarışı elan edilir!

Vəzifə öhdəlikləri:

  • Müəssisənin tədarük və satınalma strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək;
  • Tədarük zəncirinin fasiləsiz və səmərəli fəaliyyətinin təmin olunmasını təşkil etmək;
  • Təchizatçılarla əməkdaşlıq strategiyasını formalaşdırmaq və müqavilə danışıqlarını idarə etmək;
  • Tədarük xərclərinin optimallaşdırılması və resurslardan səmərəli istifadənin təmin edilməsi üzrə tədbirlər həyata keçirmək;
  • Məhsul ehtiyaclarının proqnozlaşdırılması və planlaşdırılması məqsədilə data analizləri aparmaq;
  • Meyvə-tərəvəz və kənd təsərrüfatı məhsullarının tədarük proseslərinin effektiv idarə olunmasını təmin etmək;
  • Tədarük fəaliyyətinin nəticələri üzrə hesabatların hazırlanmasını və təhlilini həyata keçirmək;
  • Risklərin qiymətləndirilməsi və alternativ tədarük mənbələrinin müəyyənləşdirilməsini təmin etmək.

Tələblər:

  • İqtisadiyyat, logistika, təchizat zənciri idarəetməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Tədarük və satınalma sahəsində minimum 5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə minimum 3 il təcrübə;
  • Kənd təsərrüfatı və meyvə-tərəvəz məhsullarının tədarükü sahəsində təcrübə;
  • Planlama, proqnozlaşdırma və data analizi bacarıqları;
  • ERP və satınalma sistemləri ilə işləmə təcrübəsi;
  • Güclü danışıqlar aparmaq və liderlik bacarıqları;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində işgüzar səviyyədə bilik.

İş rejimi:

  • 5 günlük iş qrafiki;
  • İş saatı 09:00-18:00.

CV-lərinizi mövzu hissəsində “Tədarük departamentinin direktoru” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin. 

Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!

  • Daily149
  • Weekly454
  • Monthly454